Page 153 - Islamic Studies 01
P. 153

,
               152) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               gətirib  çıxarır  və  kamala  mane  olur.  İmam  Əli  (ə)  buyurur:

               Nəfsi alçalmış insandan daha xeyir gözləmə, nəfsi alçaq və xar
                                                              1
               olanların öz xeyirlərinə də ümidvar olma!

                  4.  Ailədə mülayimlik

                Digər  insanlara  qarşı  mülayimlik,  onlara  ehtiram  qoymaq
               prinsipinə əsasən məna tapır.  Əmirəlmöminin Əli (ə), Allahın
               Peyğəmbərinin  (s)  mülayimliyini  təsvir  edərkən  dedi:

               Peyğəmbər  (s)  həmişə  (və  bütün  insanlara  qarşı)  xoşüzlü  və
               xoşxasiyyətli  idi,  davranışlarında  heç  bir  şiddət  və  ya
                                                       2
               yekəxanalıq müşahidə edilməmişdi.
                Allah  Rəsulunun  (ə)  məktəbinin  yetirməsi,  ənənə  və
               davranışlarının davamçısı olan İmam Əli, əməli işlərinin, ailə
               və  ictimai  həyatının  sərlövhəsini  mülayimlik  etmiş  və
               buyurmuşdu:  İşlərində  mülayimlik  sünnəsini,  dostluq  və

               yumşaqlıq üslubunu önə çəkən şəxs, başqalarından gözlədiyinə
               nail  olacaq;  çünki  mülayimlik  ixtilafların,  düşmənçiliklərin,

               kin-küdurətlərin  və  qısqanclıqların  yayılmasını  əngəlləyən
               əxlaqi,  sosial  və  İslami  bir  davranışdır;  dostluq  və
               mülayimliklə müxalifətlərin kəskinliyi azalır.
                O həzrət şirin həyatın, səmərəli ailənin gerçəkləşməsinin bir-

               birinə qarşı mülayimlikdən asılı olduğuna inanırdı. Həmçinin
               buyurur:  Ağıllı  və  tədbirli  adam,  bu  mövzudan  tam
               bəhrələnən,  həyat  yoldaşı  və  uşaqları  ilə  münasibətlərində

               mülayimlikdən  ağıllı  və  ehtiyatlı  istifadə  edərək  düzgün,
               nizamlı və sağlam bir həyat sürəndir.



               1. Məclisi, Bihar əl-ənvar, c. 103, səh. 237

               2. Təbərsi, Məkarim əl-əxlaq, səh. 14.
   148   149   150   151   152   153   154   155   156   157   158