Page 154 - Islamic Studies 01
P. 154

Ailənin səmərəliliyində... / (153


                  5.  Sağlamlaşdırma və səmərəli ailə

                Bütün millətlər və mədəniyyətlər arasında insanlar, duyğu və
               emosiyalarını  ifadə  etmək,  görüşdən  məmnun  olmaq  və  bir-
               birləri ilə söhbətə başlamaq üçün xüsusi bir yol icad ediblər;

               söz  və  jestlərlə  bu  məqsədi  şərti  olaraq  çatdırırlar.  İslam
               ənənəsində də bu məqsəd bir-birinə salam vermək, əl sıxmaq
               və qucaqlaşmaqla həyata keçirilir. İmam Sadiq (ə) bu xüsusda
               buyurur: Salam, ümmətimizin salamlamağıdır.  Salam vermək
                                                                    1
               Qurani-Kərimin  ilahi  göstərişlərindəndir.  Allah  buyurur:  Nə
               vaxt  evlərə  daxil  olsanız,  bir  -birinizə  salam  verin,  bu  da
                                                                  2
               Allahın pak və mübarək salamı və nemətidir.
                Dini təlimlər ilk addımı salamla başlayan əlaqəni və eləcə də
               bu  vacib  məsələnin  ailənin  və  insan  cəmiyyətinin  ruh
               sağlamlığındakı,  təhlükəsizliyindəki  yerini  xüsusi  vurğulayır.

               İslamda möminlərə bir-birlərinə salam vermələri əmr edilir və
               xüsusi  vurğulanır.  Peyğəmbər  (s)  qadınlara  və  uşaqlara  da
               salam  verirdi.  Salam  sağlamlıq  ilə  eyni  kökdəndir  və  bunun

               mənası, salam verən tərəfindən müxatəblərə heç bir təhlükə və
               təhdid  olmadığı  deməkdir.  Bu,  müsəlman  ailə  üzvlərinin
               görüşdükləri  zaman  salam  və  iltifat  olaraq  istifadə  etdikləri

               İslam şüarıdır. Hansı ki, başqa qəbilələrdə və millətlərdə fərqli
               formalardadır.  İnsanlıq,  xüsusən  də  ailə  münasibətlərinin
               başlanğıcında  İslamın  salama  tövsiyəsi,  bəşər  fitrətinə

               uyğundur.



               1. Məclisi, Bihar əl-ənvar, c. 6, səh. 46

               2. Nur, ayə 61
   149   150   151   152   153   154   155   156   157   158   159