Page 155 - Islamic Studies 01
P. 155

,
               154) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
                  6.  Mərhəmət və mehribanlıq


                İslam  Peyğəmbəri  (s)  buyurub:  Kim  başqalarına  mərhəmət
                                                          1
               etməzsə,  Allah  da  ona  rəhm  etməz.   Həmçinin,  mərhəmətli
                                                              2
               olmayan  kəs,  mərhəmət  gözləməsin.   Ailə  və  ictimai
               münasibətlər  ünsiyyət  mühitində  sevgi  və  mərhəmətlə  islah

               olunur.  O,  rəhmət  elçisi  idi  və  qətiyyətlə  buyururdu:
               Kiçiklərimizə  (uşaqlara)  rəhm  etməyən  və  böyükümüzə
                                                3
               hörmət etməyən bizdən deyil.
                Mehriban davranış insan ruhunu hər cür pislikdən təmizləyir
               və sağlamlığını təmin edir. Bu saflıq və sağlamlıq sayəsində,
               asudə və əmin-amanlıqla, bütün səyini insanlıq istedadlarının

               inkişafına və çiçəklənməsinə istifadə edir, psixoloji və mənəvi
               zərərlərə  qarşı  qala  təki  möhkəm  durur  və  yadların  canına
               girməsinə icazə vermir. İmam Sadiq (ə) Allah Rəsulundan (s)

               nəql edir: Kim möminlərə mehriban sözləri ilə hörmət edər və
               kədərini aradan qaldırarsa, bu hal və duyğu onun içində qaldığı
                                                               4
               müddətcə Allahın mərhəmətinə şamil olar.
                Peyğəmbər  və  məsum  imamlar  böyüklərə  və  uşaqlara  qarşı

               mərhəmət  göstərmiş,  uşaqları  sevməyə  böyük  əhəmiyyət
               vermişlər.  Buna  görə  də  İmam  (ə)  buyurub:  Övladlarınıza
                                                                                     5
               ləyaqətlə  yanaşın  və  onlarla  gözəl  əxlaqla  ünsiyyət  qurun.
               Uşaqlara hörmət etməyi və ehtiramla yanaşmağı vurğulaması,
               onların zati ləyaqətini əzəməmək üçündür. Davranış, uşaqları
               müstəqil,  azadə,  şərəfli  və  fəzilətli  edən  gözəl  əxlaq  və


               1. Təfsir İbn Kəsir, c. 7, səh. 298

               2. Məclisi, Bihar əl-ənvar, c. 43, səh. 295

               3. Hürr Amuli, Mustədrək əl-vəsail, c. 8, səh. 467
               4. Hürr Amuli, Mustədrək əl-vəsail, c. 11, səh. 591
               5. Əl-Müttəqi, Kənz əl-ummal, c. 16, səh. 256
   150   151   152   153   154   155   156   157   158   159   160