Page 55 - Islamic Studies 01
P. 55
,
54) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
oğlanlarına vəsiyyət edib (hər biri dedi) : “Ey oğlanlarım,
həqiqətən, Allah sizin üçün din (İslam dini) seçdi, siz də ancaq
müsəlman olaraq ölməlisiniz!”
Ayənin orijinaldan hərfi tərcüməsi belə olur: “Ölməyin,
müsəlman olmadan.” Burada insanın istəyindən asılı olmayan
bir hadisə, ölüm haqda söz açılır və əmr formasında “ölməyin”
buyurulur. Məlum olduğu kimi insanın üzərinə yalnız onun
iradi seçimi olan məsələlərdə bir öhdəlik qoymaq, bu və ya
başqa şeyi əmr etmək mümkündür. Belə isə, ayə aşağıdakı
kimi başa düşülə bilər: “Ölümün sizi İslamda olmadığınız
halda yaxalamasından çəkinin. Yəni, hər zaman müsəlman
olun və islamın tələblərini yerinə yetirin ki, ölüm sizi yalnız
belə halda yaxalasın.” Bu ayədə də bütün zamanlar üçün
1
keçərli olan dinin İslam dini olduğuna dair bir işarə vardır.
Başqa bir ayədə Allah Təala belə buyurur: “Allah yanında din,
2
əlbəttə, İslamdır.” Deməli, haqq yol İslam və Allah qarşısında
təslimçilik yoludur. Peyğəmbərlər həmin yolu sifariş etmişlər.
Allah bütün yollar içindən bizim üçün din yolunu seçmişdir.
Quran İbrahimin vəsiyyətini nəql etməklə sanki, bu həqiqəti
xatırlatmaq istəyir ki, siz insanlar təkcə övladlarınızın bu
dünyasına və bu günlərinə deyil, həm də onların gələcəkləri
üçün məsuliyyət daşıyırsınız. Dünya ilə vidalaşanda
övladlarınızın təkcə maddi həyatı barədə nigaran olmayın,
onların hayatlarını da fikirləşin. Həzrəti Yəqub (ə) da öz
övladlarına həmin yolla getməyi tövsiyə etməsini cəddi
İbrahimdən əxz etmişdi. Beləliklə də o, ömrünün son anlarında
öz övladlarına xatırlatdı ki, səadət, müvəffəqiyyət və qələbə
haqqın qarşısında təslim olmaqda xülasələnir.
Uşaqların gələcək taleyi ilə bağlı digər bir məsələ mübarək
Nur surəsinin 32-ci ayəsində öz əksini tapmışdır. Ayədə
1. “Əl-Mizan” təfsiri, səh. 487
2. Ali-İmran surəsi, ayə 19