Page 56 - Islamic Studies 01
P. 56
Quranda uşaq hüququ / (55
buyurulur: “Subay oğlanlarınızı və qızlarınızı, layaqətli qulam
və kənizlərinizi evləndirin. (Yoxsulluqdan qorxmayın,) əgər
yoxsul olsalar, Allah öz fəzli ilə onların ehtiyaclarını ödəyər.
Allah geniş lütf sahibidir və biləndir. (O, sizin
ehtiyaclarınızdan xəbərdardır və sizi təmin edəcəyini vəd
etmisdir; O Öz vədini yerinə yetirməyə qadirdir.)”
Evlənmə islamda müqəddəs və təkid olunmuş bir işdir. İslam
cəmiyyəti subay insanları evləndirməyə məsuldur. Məlum
surənin öncəki ayəsində göstəriş verilən iffəti qorumaq və
haram baxışa qadağa qoymaq bəs etmir, izdivac problemi həll
olunmalıdır. Cəmiyyət saleh fərdləri evləndirmək
istiqamətində addım atarsa, bu iş qeyri salehləri salehlər
cərgəsinə qatılmağa təşviq edər. Cinsi ehtiyacın təmin
eidlməsində insanlar arasında fərq yoxdur (qadin, kişi, qulam
və kəniz arasında fərq qoyulmur). Ayədə bəyan olunur ki,
yoxsulluq izdivaca mane olmamalıdır. Yoxsul olduğunuz vaxt
Allaha təvəkkül edib ailə həyatı qurun. Allah evlənənlərin
ehtiyacını təmin edəcəyini vəd etmisdir. İlahi vədlərin
gercəkləşməsi Allahın sonsuz fəzlindən qaynaqlanır. Allahın
Öz bəndələrinə nəsib etdiyi inkişaf və vüsət Onun elm və
hikmətinə əsaslanır.
Ən üstün vasitəçilik şəfaət və izdivaca köməkdir. Rəvayətdə
deyilir: “Birini evləndirən və ya ərə verən kəs Allahın ərşi
kölgəsindədir.” 1 Övladların izdivac məsələsində valideynlər
də məsuliyyət daşıyırlar, belə ki, bu işdə onlara dayaq durmalı
və məsləhətlərini əsirgəməməlidirlər. İmkanlı olduğu halda
övladını evləndirməyən ata-ana övladın mümkün günahına
2
şərikdir. Əlbəttə, evlənən tərəflərin səlahiyyətli olması şərtdir.
1. “Təfsire-Nurus-səqəleyn”, c. 1, səh. 45
2. “Təfsire-Məcməul-bəyan”, c. 2, səh. 67