Page 19 - Islamic Studies 02
P. 19

Modern cahiliyyət ilə mübarizə metodları/ (17


                 Əxlaq  elminin  görkəmli  nümayəndəsi,  bu  sahədə  samballı
               əsər yazmış ilk müsəlman alimi Şeyx Əhməd ibn Məhəmməd
               ibn Yaqub yazır: “Mən o vaxt qəflət yuxusundan ayıldım ki,
               gəncliyim  artıq  bada  getmiş,  bəyənilməz  xislətlər  ruhumda
               özünə  yer  etmişdi.  Lakin  buna  baxmayaraq  yenə  də  nəfsimi
               boğub onun istəklərinə qarşı çıxdım, Allah-təala da əziyyətimi
               puç etməyib məni çirkab girdabından xilas etdi”.
                  Elə  isə  ey  müsəlmanlar,  ey  möminlər,  ümidinizi  itirməyin,
               Allahın  mərhəmət  qapıları  istənilən  vaxt  hamının  üzünə
               açıqdır.  Ancaq  elə  də  fikirləşməyin  ki,  günahlar  nəticəsində
               əldən getmiş nuraniyyət bir daha geri qayıda bilər. Əsla, bu,
               xam  xəyaldan  başqa  bir  şey  deyil.  Sadəcə  olaraq  etdiyimiz
               günahları  yaxşı  əməllər  sayəsində  aradan  aparmış  olarıq.  Bu
               isə o deməkdir ki, həmin günahları etməsəydik, indi daha artıq
               nuraniyyət əldə etmiş olardıq. Deməli, günahlar öz işini görür.
                  Həzrəti  əmirəl-möminin  Əli  (ə.s)  buyurur:  “Dünya  bir  ilan
               kimidir,  yumşaq  və  incə  olduğuna  baxmayaraq,  öldürücü
               zəhəri var. Cahil biliksiz ona bel bağlayar, ağıllı və ayıq adam
               ondan çəkinər”.   1

                 C ə hlin ist ə kl ə ril    ə  mübariz ə
               Rahattələblik və tənbəllik həmişə insanladır. Bu xüsusiyyətlər
               bais olur ki, müəyyən bir təkamül pilləsinə qalxmış insan işini
               bitmiş  bilib  rahatca  oturur.  Hansı  ki,  təkamül  nərdivanında
               yuxarı qalxdıqca yıxılmaq təhlükəsi daha da artır və insandan
               daha  böyük  diqqət  tələb  olunur.  Dağın  ətəyində  dayanmış,
               yoxsa  onun  zirvəsinə  dırmaşmış  insan  üçün  təhlükə  daha
               böyükdür?  Təkamül  yolunda  bizim  də  vəziyyətimiz  belədir.
               İslam  dini və  Əhli-beyt  (ə.s)  məktəbini seçmək  müəyyən  bir


               1Nəhcül-bəlağə, səh. 489.
   14   15   16   17   18   19   20   21   22   23   24