Page 241 - Islamic Studies 02
P. 241

Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (239


               Qurani-kərim  buyurur:  "Sən  bağışlama  yolunu  tut,  yaxşı  işlər
                                                                 1
               görməyi əmr et və cahillərdən üz döndər!"
             Güzəştə  getmək  və  bağışlmaq  iman  sahibi  olan  ruhaninin  ən
            gözəl xüsusiyyətidir. O, bilir ki, İnsanları əfv etmək, bağışlamaq
            insanın  izzət  və  şəfərini  artırır.  İmanının  gücü  ilə  anlayır  ki,
                               güz ə şt    ə  ged ə n ş ə xsin izz ə tini Allah  T -  a ə  la artırır." 2
               İnsanların  səhvini  bağışlamaq  böyüklük  və  ucalıqdır.  Bəzən
               elə  başa  düşülür  ki,  kiminsə  xətasını  görməməzdən  gəlmək,
               onu  əfv  etmək  insanı  kiçildir.  Guya  onun  aciz  və  gücsüz
               olmasını  bildirir.  Amma  əsl  həqiqətdə,  bağışlamaq  böyük
               mənəvi  dünyaya  sahib  olan  şəxsə  aiddir.  Bu  güclü  iradədən
               xəbər verir. Qəlbin paklığını bildirir.
                                                        3

               Azad insandır
               Azadlıq həqiqi iman sahibinin ən üstün xüsusiyyətlərindən biridir.
               Çünki  o,  yalnız  Allah-təalanın  quludur.  Nəfsinin,  maddi
               mənafelərinin,  başqalarına  qarşı  çəxsiyyətpərəstliyin,  kor-koranə
               yəqlidin,  cəmiyyət  baskı  və  təziqinin  burxovundan  asılı  deyil.
               Diqqət  etmək  lazımdır  ki,  Allah-təala  insanı  azad  yaratmış  və
               azadlığa  böyük  dəyər  vermişdir.  Bəşər  övladının  azad  iradəyə
                                                  4
               malik olması da buna sübutdur.
               Doğrudan  da  azadlıq  çox  böyük  bir  nemətdir.  İnsanın  azad
               təfəkkürü,  azad  və  müstəqil  həyatı  onun  üçün  əvəzolunmazdır.
               Necə ki, Həzrət Əli (ə) buyurur: "Ey Adəm övladı! Adəmdən nə
               qul törənib, nə də ki kəniz. Bütün insanlar azaddır... Başqalarına
               qul olma, Allah-taala səni azad yaradıb.»
                                                             5

               1- Əraf surasi, 199-ci ayə
               2- "Əxlaqi-Şöbbər", səh. 252
               3 - Din və Təbliğ, PhDr. Tofiq Əsədov, səh 76
               4- İnsan surəsi\3
               5- Nəhcüs-səadə, c.1, səh. 198; Nəhcül-bəlağə, məktub 31
   236   237   238   239   240   241   242   243   244   245   246