Page 242 - Islamic Studies 02
P. 242
240) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Dini insanlara bəyan edən ruhani, azad və müstəqil olmalıdır.
İstər dini anlamaqda, istər dini yaymaqda, istərsə də
dünyagörüşündə tam azad düşüncəyə və təfəkkürə malik
olmalıdır. Kor-koranə başqalarının düşüncəsinə və fikirlərinə tabe
olmamalıdır. Ağlı, məntiqi və elmi ilə həqiqəti araşdırmalı,
anlamalı, qəbul etməli və yaymalıdır. Əks təqdirdə mənəvi
cəhətdən rəhbərlik etdiyi kütləni də kor-koranə itaətkar bir
cəmiyyətə çevirəcəkdir. Bunun sonu isə acizlik, qulluq, cəhalət,
1
radikallıq, ifrat və yaxud təfritlə nəticələnəcəkdir.
Mehribandır
Qurani-Kərim buyurur: «Məhəmməd Allahın peyğəmbəridir.
2
Onunla birgə olanlar ... bir-biri ilə mehribandır.»
Mehribanlıq dinimizdə möminin ən gözəl və əsaslı
xüsusiyyətlərindəndir. Biz yazı biyunca bu məsələyə işarə
etdik. Din təbliğatçısı və maarifləndirixisinin də bu gözəl
xüsusiyyətə sahib olması, onun imanının gücündəndir. Allahın
Peyğəmbəri (s) buyurur: «Kişinin ən gözəl zinəti imanla
3
müşaiyət olunan sakitlikdir.»
İlahi dininin təbliğatçısı mehriban və ürəyi yanan olmalıdır.
Necə ki, bir ruhani müəllim kimi, Həzrət Məhəmmədin (s) ən
ülvi xislətlərindən biri də mehribanlıq olmuşdur. Belə ki,
Allahın Rəsulu (s) buyurur: "Dinin təbliğinə məmur olduğum
4
kimi insanlarla mülayim olmağa da əmr olunmuşam."
Mülayim xasiyyəti və ürəyi yanan olması o qədər O Həzrətin
(s) şəxsiyyətilə bütünləşmişdi ki, Allah-təala Peyğəmbərin (s)
aləmlərə rəhmət olduğunu bəyan etmişdir:
نيمَلاعْلِل ةَمْحَر َّلِإ َكانْلَسْرَأ َو ام
1 - Din və Təbliğ, PhDr. Tofiq Əsədov, səh 77
2 - Fəth\29
3 - Biharul-Ənvar, c. 71,səh. 337 , hədis 2
4- Tühəful-üqul, səh. 48