Page 240 - Islamic Studies 02
P. 240

238) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               rəftar və səylərində məqsədi sırf ilahi razılığı olmalıdır. Hədəfi
               yalnız və yalnız Allahın razılığını cəlb etmək olmalıdir. Bütün
               səylərini yalnız Allahın razılığı üçün göstərməli və mükafatını
                             Sonsuz Qüdrət və Rəhmət Sahibindən gözləməlidir.

                 ارو ك ش   ء   َو     ل    ازَج     ْم كْنِم    دير ن  ل

               "Biz  sizdən  (bunun  müqabilində)  nə  bir  mükafat,  nə  də  bir
                                                                  təşəkkür istəyirik. " 1


               Allahı həmişə öz üzərində hakim görür
               Dini maarifləndirmə ilə məşğul olan şəxs, imanın gücü ilə Uca
               Yaradanı daim öz  üzərində hakim və nəzarətçi  bilir. Həmişə
               Allahı yad edir və əməllərinə nəzarət edir. Buna görə də işində
               ümid  və  məsuliyyətlə  hərəkət  edir.  Necə  ki,  Qurani-Kərim
               buyurur: «Ey iman gətirənlər! Allahı çox yad edin, Ona hər
                                                  2
               səhər və axşam təsbih deyin.»

               Dünya malı və təəssübkeşlikdən uzaqdır
               Dini təbliğ edən şəxs imanın gücü ilə daim Allaha sığınaraq,
               mal-dövlət və yaxud ailə-övladlarının mənafeyinə uyğun deyil,
               həqiqət və İlahi sevgiyə uyğun hərəkət edir. Heç bir şey onu
               ədalət  və  həqiqətdən  sapdırmır.  Bu  haqda  Qurani-Kərim
               buyurur:     «Ey  iman  gətirənlər!  Mallarınız  və  övladlarınız
               sizin fikrinizi Allahı yad etməkdən yayındırmasın. Belə edən
                                                             3
               kəslər (Əlbəttə,) ziyana uğrayanlardır.»

               Bağışlayan və güzəştə gedəndir





               1- İnsan\9
               2 - Əhzab/41, 42
               3 - Münafiqun/9
   235   236   237   238   239   240   241   242   243   244   245