Page 239 - Islamic Studies 02
P. 239

Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (237


               İmam Sadiq (ə) bu ayə haqda buyurur: «Yəni bilsinlər ki,
                                                                   1
               Məndən istədikləri şeyi, onlara verə bilərəm.»
               Əgər  mübəlliğ  müvəffəqiyyətə  çata  bilmədiyini  və  yaxud
               çətinliklərin  ağır  olduğunu  görürsə,  məhz  Allaha  bağladığı
               iman  və  təvəkkül  sayəsində  onların  öhdəsindən  gələ  bilər.
               İmam  Əli  (ə)  buyurur:  «Duanın  qəbul  olunmasının
               gecikdirilməsi sənin ümidini kəsməsin. Çünki Allahın bəxşişi
               sənin  niyyətinə  bağlıdır.  Çox  vaxt,  istəyin  yerinə  yetirilməsi
               tə‘xirə salınar ki, dilək diləyənə daha böyük mükafat verilsin
               və  (ilahi  bəxşişə)  ümidvar  olana  daha  böyük  bəxşişlər
               bağışlansın.  Çox  vaxt  görürsən  ki,  bir  şey  istəyəndə  sənə
               verilməz,  amma  gec,  ya  tez  ondan  daha  yaxşısı  sənə  bəxş
               edilər,  yaxud  sənin  xeyrin  nəzərə  alınaraq  istədiyin  şey  sənə
               verilməz.  Elə  diləklər  də  vardır  ki,  onların  həyata  keçməsi
               sənin  dininin,  imanının  əldən  getməsinə  və  zay  olmasına
                                   2
               gətirib çıxarardı.»
               İmam  Kazim  (ə)  gözəl  buyurmuşdur:  «Loğman  oğluna  dedi:
               «Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olublar.
               Buna  görə  (xilas  olmaq  üçün)  sənin  bu  dənizdə  (mindiyin)
               gəmin  gərək  ilahi  təqva,  onun  yükü  iman,  yelkəni  təvəkkül,
               kapitanı ağıl, yol göstərəni elm və sükanı da səbr olsun.»
                                                                               3

               İxlaslıdır
               Dini  maarifləndirmə  zamani  imanına  sığınan  ruhani  ilk  öncə
               bu işi Allaha xatir etməlidir. Əgər təbliğ Allaha görə olarsa bu
               zaman  qəlbləri  fəth  edəcək.  Təbliğ  zamani  İxlasli  olmağ
               Peyğəmbərlərin  xususiyyətlərindəndir.  Mübəlliğin  bəyan,



               1- Biharul-Ənvar, c. 93, səh. 323 , hədis 37
               2 - Kəşful-Muhəccəte, səh.228
               3 - əl-Kafi, c.1, səh.16 , hədis12
   234   235   236   237   238   239   240   241   242   243   244