Page 243 - Islamic Studies 02
P. 243
Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (241
"Səni (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq
göndərdik." 1
Dini insanlara təlim verən ruhani, insanları sanki özü kimi
2
saymalı, onlara ürək yandırmalıdır.
Qurani-Kərim buyurur: «Bundan əlavə, iman gətirənlərdən və
bir-birinə səbri və mehribanlığı tövsiyə edənlərdən olmaqdır.
Bunlardır xoşbəxtlər (əməl namələri sağ əllərinə verilənlər).»
3
Mübəlliğin rəftarının gözəlliyi və mehribanlığı dünyəvi
hədəflərinə çatmaq üçün deyil, imanının gücü ilə olduqda
nəticə verəcəkdir. İmam Baqir (ə) buyurur: «Hər şeyin qıfılı
var, imanın da qıfılı mülayimlikdir.»
4
İnsanların həyatına yersiz müdaxilə etmir
Qurani-Kərim buyurur: «Ey iman gətirənlər! Sizə aşkar
olduğu halda xoşunuz gəlmədiyi şeylər barədə soruşmayın.
Əgər Qur‘an nazil olanda onlar barədə soruşsanız, sizə aydın
olar. Allah onlardan (suallardan) keçdi. Allah bağışlayan və
5
həlimdir»
İman əhli onlara aid olmayan məsələlərdə dəxalət etmir, hər
işə qarışmağı özünə vəzifə bilmir. Çünki insanların şəxsi
həyatları və onlara xass bir sıra məsələlərə qarışmaq, onların
hüquqlarını pozmaq mənasınadır. Bəzi ictimai işlərdə də,
ruhaninin sakitliyini qoruması və qarışmaması lazım olur, bir
sıra zamanlarda. Çünki fitnə zamanı onu qurcalamaq və tərəf
1 - Ənbiya\107
2 - Din və Təbliğ, səh. 81
3 - Bələd, ayə17, 18
4 - əl-Kafi, c.2, səh. 118, hədis 1
5 - Maidə\101