Page 244 - Islamic Studies 02
P. 244
242) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
bildirmək, bəzən münaqişənin daha da alovlanmasına xidmət
edir. Onu yatırmağa deyil.
Radikal və ifratçı deyil
Qurani-kərimdə buyurulur: "Bizi xatırlamaqdan qəlbini qafil
etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata
varan bir kimsəyə itaət etmə!"
1
İman sahibi olan mübəlliğ, etiqad və əməldə ifrat və
radikallıqdan uzaqdır. Çünki Həqiqi iman, insanı aqressivlik,
təcavüzkarlıq, dünyapərəstlik, xəsislik, riyakarlıq, paxıllıq və
sair kimi çirkin xasiyyətlərdən qoruyur. İmanlı insan yalnız
Allaha bel bağlamaqla müxtəlif ağır çətinliklərin öhdəsindən
asanlıqla gəlir. Həqiqi iman insanı radikallığa, cinayətə və
terrora yönəltmir. Həqiqi iman, insanı paklığa, təmizliyə, izzət
və şərəf dolu həyata yönləndirir.
Əməldə ifrat etmək, o cümlədən; tərki-dünyalıq, uzun-uzadı quru
və ruhsuz ibadətlər, rahiblik, mübahları belə haram saymaq,
halallardan uzaq qalmaq, qəliz və barışmaz mövqelər və bunun
kimi onlarla ifrati əməllər dinimizdə pislənib. Bunlar təvqanın,
dindarlığın nişanələri deyil, cəhalət və nadanlıq sayılır. Çünki
dinin buyruqlarından daha irəli getmək, dini naqis sayıb öz
bildiyini önə çəkmək deməkdir. İmam Əli (ə) nadanlığın
nişanələrində buyurur: "Elə bir cahil tapa bilməzsən ki, öz
işlərində (əməllərində) ifrata, yaxud səhlənkarlığa düşməsin."
Yuxarıda işarə etdiklərimiz pəhrizkarlığın nişanələri deyildir.
Təqvalı, pərhizkar insanlar əməllərində ifrat və səhlənkarlığa
yol vermirlər.
2
Sevgisi və narahatlığı Allah xətrinə olur
1 - Kəhf\28
2 - Din və Təbliğ, PhDr. Tofiq Əsədov, səh 103