Page 245 - Islamic Studies 02
P. 245

Quran baxışında imanın dini maarifləndirmədə rolu ./ (243


               Qurani-Kərim  buyurur:  «Allaha  və  Qiyamət  gününə  inanan
               elə bir camaat tapmazsan ki, Allaha və Onun peyğəmbərinə
               qarşı  çıxanlara  məhəbbət  bəsləsin.  Hərçənd,  bu  müxaliflər
               onların  ataları,  ya  övladları  və  ya  qardaşları  və  yaxud
               həmqəbilələri      olsalar  belə.  Onlardır,          Allah-taalanın
                                                                1
               qəlblərində iman (həqiqətin) həkk etdiyi.»
               Dini mənbələrimizə əsasən, insanın Allaha olan imanı yalnız o
               zaman  xalis  olar  ki,  Allahı  özündən,  ata-anasından,
               övladından, zövcəsindən, malından və bütün camaatdan daha
               çox sevsin.  Deməli imanın verdiyi güc ilə dini maarifləndirmə
                            2
               ilə  məşğul  olan  şəxs,  ədalət  sahibi  olaraq  öz  nəfsinə  və
               mənafeyinə deyil, Allahın sevgisinə uyğun rəftar edər. Dini bu
               meyarlarla  təbliğ  edər.  Nəinki  öz  istəklərinə,  yaxınlarının
               istəklərinə, yaxud hansısa varlı, mövqeli şəxsə xoş gəlsin deyə,
               onun mənafelərini təmin etsin deyə, ona uyğun dini təbliğatını
               aparar.
               Allahın Peyğəmbəri (s) öz səhabələrindən birinə buyurmuşdur:
               «Ey  Allahın  bəndəsi!  Allaha  xatir  sev  və  Allaha  xatir  nifrət
               bəslə, Allaha xatir dostluq et və Allaha xatir düşmənçilik et.
               Çünki,  Allahın  məhəbbətini  bunlardan  qeyri  vasitələrlə
               qazanmaq  mümkün  deyil.  İnsan  belə  etməsə,  nə  qədər  çox
               namaz  qılıb  oruc  tutsa  da,  imanın  ləzzətini  dada  bilməz.  Bu
               gün  insanların  bir-biri  ilə  dostluğu,  qardaşlığı  daha  çox
               dünyaya  görədir.  Dünya  naminə  dostluq,  dünyaya  görə  də
                                       3
               düşmənçilik edirlər.»
               İmam  Sadiq  (ə)  bu  haqda  buyurur:  «Həqiqətən,  bizim
               hədisimiz  çətin  və  çox  ağırdır.  Ona,  müqərrəb  mələkdən,



               1 - Mücadilə \22
               2 - Biharul-Ənvar, c. 70, səh. 25, hədis 25
               3 - İləlul-Şəraye, səh. 140, hədis 1
   240   241   242   243   244   245   246   247   248   249   250