Page 32 - Islamic Studies 02
P. 32

30) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               bəzən o sevgi ilə yad edilir: “Ey arxayın nəfs, dön rəbbinə, sən
                                                    1
               Ondan, O da səndən razı halda”.
               “İnsan deyəcək: “Ey kaş, əvvəlcədən axirət həyatım üçün bir iş
                            2
               görəydim”.
                “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey
                                                                         3
               deyil. Axirət aləmi isə şübhəsiz ki, əbədi həyatdır”.
                 Gözlərini  dünyaya  qapayan  insan  əbədi  həyata  düşdüyünü

               anlayır. İnsan  bilməlidir ki,  nəfsin  şirin vədləri  yalnız  ölümə
               qədərdir.
                 İmam Sadiq (ə.s) buyurur: “Sən özün-özünə həkim olmalısan.
               Həm dərdin, həm də dərmanın sənə tanıtdırılıb. Aqil insan heç
               zaman sağlamlığı qoyub dərdi götürməz…”.
                 Müasir  ya ikinci cahiliyyətin mənası odurki onu elan edənlər
               bəşərin fərdi və kollektiv əlaqələrindən və həyatından Allahın
               (c.c)  kitabının  və  ruhunun  çıxdığını  deyirlər.  Materialist  və
               müsəlman olmayan alimlər  və  mütəfəkkirlər XVIII-ci  əsrdən
               etibarən kamillik və elm rəmzi kimi böyük rəğbət qazanmağa,
               tarixin  inkişaf  qanunlarını  təsbit  etməyə  başladılar.  Bu  əsrdə
               yeni  mədəniyyət  və  texnologiyanın  sürətlə  inkişafına
               baxmayaraq  bu  dövr  birinci  cahiliyyət  dövründən  daha  çox
               pisdir.  Söhbət  ondan  getmir  ki,  kamillik  və  elm  yəni  gözəl
               həyat müasir şəhərlər, cah-cəlallı dünya və yer üzündə ən bəsit
               həyat  nümunələri  ilə  müqayisədə  yanaşı  qoyulmamalıdır.
               Mövzu  ondan  ibarətdir  ki,  həyatın  müasir    surətinə  həyatı
               yüngülləşdirən  müasir  cihazların  istifadəsinə  əbəs  köklər  və
               izahatlar salınmasın. Bu əsrdə küçələrin gündüz kimi nura qərq
               olması  fonunda,  ən  əsas  insanın  ruhu,  qəlbi  və  mədəniyyəti
               qaranlığa  qərq  olmasın.  Diqqətə  layiqdir  ki,  bizim



               1Fəcr, 27/28.
               2Fəcr, 24.
               3Ənkəbut, 64.
   27   28   29   30   31   32   33   34   35   36   37