Page 29 - Islamic Studies 02
P. 29
Modern cahiliyyət ilə mübarizə metodları/ (27
zinətləndirən əxlaq aliminə müraciət edərək, daxili
xasiyyətlərini və ziddiyyətlərini onun üçün tamamilə şərh edə
və onun nəfsindəki eyblərin və çirkin sifətlərin xatırlanmasını
istəyə bilər. Ruhani təbib, islami əxlaqşünas və psixoloq, əməl
əhli və gözəl əxlaqlarla zinətlənmiş olan bir şəxs insanın
nəfsinin aludəliklərdən təmizlənməsində, saflaşmasında və
Allah dərgahına doğru seyr etməsində çox təsirlidir. Əgər
insan belə bir şəxsi tapa bilsə, bu böyük nemətə görə Allaha
şükr etməlidir. Çox təəssüf, belə şəxslər çox az tapılır.
5. Xeyirxah və bilikli dosta müraciət etmək: Yaxşı, bilikli və
xeyirxah dost Allahın böyük nemətlərindən biridir ki, insan
nəfsinin təmizlənməsində, çirkin sifətlərin tanınmasında insana
layiqli kömək edə bilər. Bu şərtlə ki, bilikli olsun və yaxşı-pis
xasiyyətləri tanıya bilsin. Bundan əlavə o, insan üçün xeyirxah
və etimadlı bir şəxs olmalıdır. Çünki əgər yaxşı və pis sifətləri
ayırd edə bilməzsə, insana bu barədə heç bir kömək göstərə
bilməz. Hətta çox hallarda yaxşını pis, pisi də yaxşı
cilvələndirə bilər. Əgər etimadlı və xeyirxah olmazsa,
dostluğun qorunub-saxlanması, incilik yaranmasın deyə öz
dostunun eyiblərini gizlətməsi, hətta ona xoş gəlsin deyə pis
işlərini yaxşı cilvələndirib tərifləməsi də mümkündür.
Həzrəti imam Cəfəri Sadiq (ə.s) buyurur: “Qardaşlarımın ən
yaxşısı o kəsdir ki, eybimi mənə hədiyyə etsin”. 1
6. Başqalarının eybindən ibrət götürmək: İnsan əksər hallarda
öz eyiblərindən qafildir, amma başqalarının eybini görərək
onların çirkinliyini yaxşı şəkildə dərk edir. Atalar demişkən
“başqasının gözündə tükü görür, öz gözündə isə tiri görmür”.
1Tuhəful-uqul, səh. 385.