Page 28 - Islamic Studies 02
P. 28
26) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
tanıyar, onların qarşısını alıb məhv etməkdə daha bacarıqlı
olar. Əqlin gücləndirilməsi və möhkəmləndirilməsi yolunda
çalışmaq hamının vəzifəsidir.
2. Əməldən qabaq təfəkkür etmək: İslam bizi təfəkkürə, axır-
aqibəti düşünməyə dəvət edir. Əmirəl-möminin Əli ibni
Əbitalib (ə.s) buyurur: “Təfəkkür vasitəsilə öz qəlbini agah
et”. 1
Yenə buyurur: Təfəkkür insanı yaxşı işlərə və onlara əməl
etməyə dəvət edir”. 2
Allahın Rəsulu (s) buyurur: “Tələsmək insanları həlakətə
salır. Əgər insanlar işlərində dərindən fikirləşsəydilər heç kəs
həlak olmazdı”. 3
Başqa bir hədisdə buyurulur: “Təfəkkür yaxşılıqları və
pislikləri sənə göstərən bir güzgü kimidir”. 4
3. Nəfs barəsində bədbinlik: İnsan əgər öz nəfsinə dərindən,
diqqətlə nəzər salıb nəfsani sifətlərini insafla araşdırsa, əksər
hallarda özünün nəfsani xəstəliklərini və eyblərini dərk edər.
Çünki insan özünə hər kəsdən artıq agahdır. Allah-təala
Quranda buyurur: “Xeyr, insan öz nəfsinə (nəfsinin yaxşı və
pis işlərinə) daha agahdır, baxmayaraq ki, öz bəsirət gözlərinə
5
üzr (pərdəsi) atır”.
Həzrəti Əmir (ə.s) buyurur: “Mömin həmişə öz nəfsinə
bədgüman olmalıdır. Həmişə onun eybini axtarar və ondan
yaxşı işləri tələb edər”. 6
4. Ruhani təbibə müraciət etmək: İnsan öz eyblərini tanımaq
üçün öz nəfsini paklaşdıran, özünü bəyənilən xüsusiyyətlərlə
1Kafi, c.2, səh. 54.
2Kafi, c.2, səh. 54.
3Biharul-ənvar, c.71, səh. 340.
4Biharul-ənvar, c.71, səh. 324.
5Qiyamət, 14/15.
6Nəhcül-bəlağə, 176-cı xütbə.