Page 27 - Islamic Studies 02
P. 27

Modern cahiliyyət ilə mübarizə metodları/ (25


                   Başqa bir hədisdə buyurur: “Əql sahibi nəfsi meyl etməsinə
               baxmayaraq, heç vaxt yalan danışmaz”.        1
                 Bu  hədislərdən  əqlin  dəyəri,  onun  maarif  və  elm  kəsb
               etməkdə,  iman  qazanıb  Allaha  pərəstiş  etməkdə,  əxlaqi
               səciyyələrdən  istifadə  etməkdə  və  onları  tanımaqda,
               günahlardan  və  çirkin  xasiyyətlərdən  çəkinməkdəki  mühüm
               rolu  məlum  olur.  İndi  isə  bir  zəruri  məsələni  qeyd  etmək
               lazımdır. Bu mühüm hədəflərin təmin olunmasında sadəcə əql
               kifayət  deyildir,  əsas  əqli  işlətmək  və  ondan  istifadə  etmək
               lazımdır. Bədəndə əqlin varlığı işbilən və ədalətli bir qazinin
               məsəli kimidir. Lakin o vaxt yaxşı mühakimə yürüdüb hökm
               çıxara  bilər  ki,  aram  bir  mühit  yaranmış  olsun  və  onun
               mühakiməsi  qəbul  edilsin.  O  bilikli,  bacarıqlı,  tədbirli,
               xeyirxah  bir  hakim  kimidir. Lakin  bu  şərtlə  ki,  onun  hökmü
               təsbit edilsin. O bilikli, etimadlı, xeyirxah bir müşavirdir, lakin
               bu  şərtlə  ki,  ondan  məşvərət  istənilsin  və  sözlərinə  düzgün
               qulaq asılsın.
                  Əgər əql insanın hakimi olaraq nəfsani istəkləri və qərizələri
               normal (mötədil) hala salsa insanın “bədən aləmini” ən yaxşı
               şəkildə  idarə  edəcək,  qərizələr  və  qüvvələr  arasında
               müvazinəti qoruyub saxlayacaq və hər bir şeyi təkamül, Allaha
               doğru  irəliləmək  yolunda  qərar  verəcəkdir.  Lakin  görəsən
               heyvani  qərizələr  və  meyllər  əqlin  hakimiyyətini  elə  bu
               sadəliklə  qəbul  edərək  onun  göstərişləri  müqabilində  təslim
               olurmu  ?  Əsla!  Heyvani  qərizələr  və  meyllər  o  qədər
               təxribatçılıq, fitnə-fəsad törədirlər ki, nəhayət onu meydandan
               çıxarırlar. Çarəsi də yalnız əqli gücləndirməkdir, çünki o, nə
               qədər güclü və nüfuzlu olarsa, batini düşmənlərini daha yaxşı



               1Kafi, c.1, səh. 19.
   22   23   24   25   26   27   28   29   30   31   32