Page 31 - Islamic Studies 02
P. 31

Modern cahiliyyət ilə mübarizə metodları/ (29


               sağlam halda bədənin idarə olunmasında xüsusi funksiyanı, öz
               vəzifəsini lazımınca yerinə yetirir. Deməli, əgər hər hansı bir
               üzv  öz  vəzifəsini  yerinə  yetirməkdə  aciz  olarsa  xəstələnməsi
               məlum  olur.  Məsələn,  göz  sağlam  halda  və  xüsusi  şəraitdə
               xarici əşyaları müşahidə edir. Əgər bu şəraitin mövcud olması
               ilə  ya  ümumiyyətlə  görməzsə,  ya  da  görməsi  zəifləyərsə
               xəstələnməsi məlum olur. Əgər insan Allaha diqqət yetirməsə,
               ibadət,  dua  və  münacatdan  ləzzət  almasa,  bu  kimi  işlərdən
               qaçsa,  Allahı  sevməsə,  dünya  mal-dövlətinə,  məqam  və
               sərvətə,  arvad-uşağa,  şəhvətə  və  heyvani  ləzzətlərə  meyl
               etməyi  Allahın  razılığından  üstün  hesab  etsə,  həyatda  şəxsi
               mənafeyini  təmin  etməkdən  başqa  bir  hədəfi  olmazsa,
               fədakarlıq,  ehsan,  Allahın  məxluqlarına  xidmət  etməkdən
               ləzzət  almazsa,  insanların  əzab-əziyyət  və  narahatlığından
               narahatlıq  hissi  və  vicdan  əzabı  keçirməzsə  belə  bir  şəxs
               nəfsinin  doğrudan  da  xəstə  olduğunu  bilməlidir.  Əgər  öz
               səadət  və  xoşbəxtliyini  istəyirsə  mümkün  qədər  tez  bir
               zamanda onu islah və müalicə etmək qərarına gəlməlidir.         1
                 Həzrəti Əmir (ə.s) buyurur: “Əql və şəhvət bir-birinə ziddir.
               Elm  əqli,  həvayi-nəfs  isə  şəhvəti  himayə  edir.  Nəfs  bu  iki
               qüvvənin  çəkişdiyi,  mübarizə  apardığı  meydandır;  onlardan
               hər biri digərinə qələbə çalsa, nəfsi öz ixtiyarına keçirir”.   2
                 Ağıl insan üçün çıraqdır necə ki, Qurani-kərimdə qəlb, əql və
               nəfsin  insana  aid  xüsusiyyətlər  olması  bəyan  olunur:
               “Rəbbinin  rəhm  etdiyi  kimsə  istisna  olmaqla  nəfs  pis  işlər
                                      3
               görməyi əmr edər”.  Bu ayədə nəfs mənfi tanıtdırılır. Amma



               1Nəfsin  saflaşdırılması,  müəllif:  İslam  alimi  və  Ayətullah  İbrahim  Əmini  h.ə,  Bakı.
               2017, səh. 22/29, 60/73.
               2Ğurərul-hikəm, c. 1, səh. 96.
               3Yusuf, 53.
   26   27   28   29   30   31   32   33   34   35   36