Page 30 - Islamic Studies 02
P. 30

28) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Peyğəmbəri-əkrəm  (s)  buyurur:  “Xoşbəxt  o  kəsdir  ki,
               başqalarından ibrət alsın”.  1
               7.  Tənqiddən  nəticə  çıxarmaq:  İnsan  düşmənlərin  tənqidləri
               müqabilində iki cür reaksiya göstərə bilər:
                 A) Özünü müdafiə etmək fikrində olsun. Bu sözlərin düşmən
               tərəfindən  deyilməsini  və  xeyirxahlıq  məqsədinin  olmasını
               bəhanə edərək mümkün olan hər bir vasitə ilə özünü müdafiə

               etsin və onların səsini boğsun. Belə şəxs nəinki öz eybini islah
               etməmiş, əksinə xəta və sair səhvlərə də aludə olmuşdur.
                 B)  Düşmənlərin  tənqidlərinə  yaxşı-yaxşı  qulaq  assın,  sonra
               həqiqəti  axtarıb  tapmaq  məqsədilə  öz  nəfsinə  müraciət  etsin,
               onu insafla araşdırsın. Əgər düşmənin tənqidinin düzgün və öz
               nəfsinin eyibli olduğunu görsə, dərhal onu islah etmək fikrinə
               düşsün,  hətta  əgər  məsləhət  olarsa,  onun  eybini  deməklə
               nəfsinin  saflaşdırılmasına  səbəb  olduğu  üçün  düşmənə  də
               təşəkkür  etsin.  Belə  düşmənçilik  şübhəsiz  insanın  eyiblərini
               gizlədərək  onu  tərifləyən,  bununla  da  insanı  nadanlıq  və
               cəhalətdə saxlayan mühafizəkar və yaltaq dostlardan çox yaxşı
               və  faydalıdırlar.  Amma  əgər  öz  nəfsinə  müraciət  etdikdən
               sonra  qeyd  olunan  eyblərin  onda  olmadığını  görərsə,  Allaha
               şükr etsin və sonralar belə çirkin sifətlərə aludə olmaması üçün
               öz  nəfsini  gözləsin.  Belə  olan  halda  insan  düşmənlərin
               tənqidlərindən bəhrələnər. Əlbəttə, bu cür rəftarlar insanın xain
               düşmənlərin  hiyləgərlik  planlarını  əqli  və  şəri  yollarla
               zərərsizləşdirməsinə mane olmamalıdır.
               8. Qəlbin xəstəliyinin əlamətləri: Xəstəliyi tanımağın ən yaxşı
               yollarından  biri  onun  əlamətlərinin  görünməsidir.  Bədəndə
               mövcud  olan  əzaların  xəstəliyi  iki  yolla  tanınır:  ya  ağrı  hiss
               edilməklə, yaxud da hər hansı bir üzvün orqanizmdə öhdəsinə
               aldığı  işi  yerinə  yetirməməsi  ilə.  Bədən  üzvlərindən  hər  biri


               1Biharul-ənvar, c.71, səh. 324.
   25   26   27   28   29   30   31   32   33   34   35