Page 53 - Islamic Studies 02
P. 53

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (51


               - özlüyündə yaxşı və ya pis deyil. Təkcə Allahın yaxşı və ya
               pis  hesab  etdiyi  işlər  həmin  xüsusiyyətlərə  malik  ola  bilər,
               həmçinin insan İlahi  iradənin köməyi olmadan işlərin yaxşı və
               ya  pis  olduğunu  dərk  edə  bilməz.  Bu  mərhələdə  də  son  söz
               Allaha məxsusdur. Beləliklə, biz yalnız Allah-Taala tərəfindən
               günah  adlanan  işləri  günah  hesab  etməliyik.  Qeyd  etmək
               lazımdır ki, Əl-Əşəri  özünün “ Əl-Lümə ” əsərində rasional
               dəlillərdən istifadə etsə də, “ Əl-İbanə ”  kitabında bütün əqli
               istinadlardan  imtina  etmişdir.  Əşəri  bütün  əsərlərində  işlərin
               yaxşı  və  ya  pis  olmasının  zatiliyini  dindən  kənarda
               müəyyənləşməsini inkar etmişdir.

               İmamilik və mötəzililik
                 İmamilik və mötəzililik cərəyanları öncə qeyd etmək lazımdır
               ki,  din  və  əxlaq  münasibətləri  mövzusunda  eyni  mövqedən
               çıxış  etmişlər.  Onlar  bəzi  işlərin  zati  və  dindən  müstəqil
               şəkildə yaxşı və pis olduğunu təkid edirlər. Nəsrəddin Tusi bu
               ideyanın öncüllərindən olan mütəfəkkir öz “ Təcridül - etiqad”
               əsərində  bildirir  ki,  biz  bəzi  işlərin  tam  rasional  şəkildə
               pisliyini sübuta yetirə bilməsək, şəriət hökmlərini də qəbul edə
               bilmərik. O deyir: “Əgər bütün işlərin yaxşı və ya pis olmasını
               yalnız  şəriət  hökmləri  və  dinə  əsaslandırsaq,  bu  vaxt  məntiq
               hökm edər ki, şəriətin özünün düzgünlüyü iddia edilməməlidir.
               Misal üçün,  əgər yalan danışmaq ağıl və zəka baxımından pis
               sayılmasa və yalan danışmağın pisliyinin şəriət mənbəyindən
               əldə   edilməsini  zəruri  saysaq,  bu  vaxt  Allah  tərəfindən  din
               gətirmiş peyğəmbərin də sözlərini və şəriətini qəbul etməyimiz
               zəruri  olmayacaq.  Çünki    yalan  danışmaq  pis  iş  olmadığına
               görə  peyğəmbərin  sözlərinin  yalan  olması                  ehtimalı
   48   49   50   51   52   53   54   55   56   57   58