Page 54 - Islamic Studies 02
P. 54

52) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               mövcuddur.        Beləliklə,     onun      peyğəmbərliyi        sübuta
                               1
               yetməyəcək. ”
                Başqa sözlə, biz hətta peyğəmbərin sözünün düzgün olmasını
               təsdiq etmək üçün öncədən və tam müstəqil əqli idrak yolu ilə
               yalanın  pisliyini  dərk  etməliyik.  Çünki  yalan  danışmağın
               pisliyini  şəriətlə  əlaqələndirsək,  bu  vaxt  şəriətin  hökmlərini
               qəbul etmək məcburiyyətində qalmayacağıq.

                Qeyd  edək  ki,  insani  əxlaq  normalarının  qəbulu  digər  bir
               fəlsəfi problemlə bağlıdır. Bu, insanın iradə azadlığına malik
               olub-olmaması    məsələsidir.  Əşərilik  məktəbində  bütün  işlər
               Allahın  iradəsinə  aid  edildiyinə  görə  insan  azad  iradə  sahibi
               sayılmır.    Bütün  işləri  ərsəyə  gətirən  Allah  və  Onun  əzəli
               iradəsidir.  Bu  məqamda  normativ  əxlaq  prinsiplərindən
               danışmaq  cəfəngiyyatdır,  çünki  ənənəvi  əxlaqda  insanlara
               yaxşı işləri həyata keçirmək və pis işlərdən çəkinmək tövsiyyə
               olunur.  Azad  iradə  olmayan  yerdə  isə  insanlara  bu  qəbil
               tövsiyələr  vermək  tam  mənasızdır.  Deməli,  əşərilik  təliminin
               müddəalarından biri  insanda azad iradənin imkansızlığıdır. Bu
               baxış ikinci dəstənin görüşlərində tam fərqlidir. Onlar insanın
               azad iradəyə malik bir varlıq olduğuna inanırlar. Buna görə də,
               insan azad təfəkkür və sağlam düşüncə sahibi olaraq bir sıra
               ümumi  əxlaq  qanunlarını  dərk  edə  bilər.  Beləliklə  də,  bu
               şəraitdə əxlaq prinsiplərindən danışmaq olar.
                 Əşərilikdə yaranan digər problem ondan ibarətdir ki, Allah-
               Taala  çox  rəzil  insanları  cənnətə,  yüksək  İlahi    və  insani
               dəyərlərə  malik  olan  insanları  isə  cəhənnəmə  ata  bilər.  Yəni
               Allah-Taala belə bir iş görsə, biz Allahı bu işinə görə qınaya
               bilmərik,  çünki  yaxşı  və  pis  işləri  tam  İlahi    iradə  ilə
               əsaslandırsaq  ,    bu  vaxt  Allahın  bütün  işləri  yaxşı  hesab
               edilməlidir.  Onda  Allahın  yuxarıda  qeyd  etdiyimiz  işləri  də,



               1. Hilli, “Kəşful murad fi şərhi təcridil - etiqad”, s. 303.
   49   50   51   52   53   54   55   56   57   58   59