Page 77 - Islamic Studies 02
P. 77

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (75


               zehninizdə  qurduğunuz  surətlər  "təxəyyül"  olur  (məsələn,
               xəyalınızda  özünüzü  qədim  zamanlarda  təsəvvür  etməyiniz
               kimi, yaxud fantastik əsərlərin, filmlərin yaradılması). Bundan
               sonra,  səmadan  sizə  tərəf  gələn  obyektin  durmadan
               yaxınlaşdığı  zaman  onun  qorxunc  varlıq  olduğunu  görsəniz,
               sizdə  qorxu  hissi  yaranır.  Onun  qorxulu  olduğu  da  vahimə
               qüvvəsi  ilə  dərk  edilir.  Buna  da  "vəhmi"  idrak,  yaxud  bilik
               deyilir.  Bunlardan  sonra  zehnin  ağıl  qüvvəsi  ilə  əldə  edilən
               yeni  idrak  meydana  gəlir.  Əvvəlcə  ağıl  qüvvəsinin
               "mücərrədləşdirmə"si  (əvvəldə  qeyd  olunan  dörd  təfəkkür
               formasından  birincisi)  sayəsində  həmin  xəyali  elmlərdən
               ümumi məfhum yaradılır. Məsələn: əgər insan, yaxınlaşdıqca
               həmin  obyektin  cisim  olduğunu  görsə,  onun  "göy  cismi"
               olduğunu  dərk  edəcək.  Bu  da  zehnin  onu,  əvvəl  də  qeyd
               etdiyimiz     dörd     təfəkkür     formasından      birincisi    olan
               "mücərrədləşdirmə"  sayəsində  "Bu,  göy  cismidir.”    kimi
               mənalandırmasıdır. Buna bir balaca izah verək: məlumdur ki,
               insan həmin obyekti müxtəlif xüsusiyyətləri, məsələn: hansısa
               bir  rəngdə,  formada,  çöküklük-qabarıqlığı  ilə  birlikdə  görür.
               Amma onu bu cüzi xüsusiyyətlərindən ayıraraq, təmizləyərək,
               onun  üçün  ümumi  bir  məfhum  yaradıb,  onu  bu
               xüsusiyyətlərdən  təmiz  halda,  göy  cismi  adlandırır.  Bu  cüzi
               xüsusiyyətlərdən         əqli      ayırma       və       təmizləməyə
               "mücərrədləşdirmə" deyilir.
                 İkinci təfəkkür formasına da qısa olaraq belə işarə etmək olar:
               insan  mücərrədləşdirmədən  sonra  alınan  məfhumun  həqiqi
               mahiyyətini başa düşməyə çalışır. Məsələn: müxtəlif mən, sən,
               o  və  s.  kimi  fərdləri  müşahidədən  sonra,  zehin
               mücərrədləşdirmə  əməliyyatı  vasitəsi  ilə  yeni  bir  "insan"
               məfhumu yaradır. Belə ki, artıq zehində yer alan bu məfhumun
               boy, rəng, haralı olması və s. kimi cüzi xüsusiyyətləri olmur.
   72   73   74   75   76   77   78   79   80   81   82