Page 110 - Islamic Studies 03
P. 110
İlahi rəhmət axirətdə/ (109
Hawzahnews.com saytı qeyd olunan ayəyə geniş izah
gətirmək üçün bu barədə Ayətullah Seyyid Sistaninin
dəftərxanasına sual ünvanlayıb:
Sual: “Allahın rəhməti hər şeyi əhatə etmişdir” ayəsində
məqsəd nədir? Bunun xüsusi şərti varmı?
Cavab:
Mətləbə aydınlıq gətirmək üçün Quranın özünə müraciət edək.
Əraf surəsinin 156-cı ayəsində buyrulur:
“(Allah) buyurdu: 'İstədiyimi əzabıma düçar edərəm.
Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis
əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman
gətirənlərə yazacağam!”
Şeyx Təbərisi “Məcməul-bəyan” təfsirində yazır:
“'İstədiyimi əzabıma düçar edərəm” ayəsində məqsəd Allaha
üsyan edənlər və bu ilahi əzaba layiq olanlardır. Bu da onların
öz məşiyyət və iradəsi ilə olur. Çünki Allah Təala ayədə bu
üsyanı onların öz iradəsinə bağlayıb. Ağıl da (Qurana əsasən)
onlar üçün bağışlanılmağın mümkünlüyünü qəbul edir.
-(Yəni Allahın əfvi, bağışlması, rəhməti onlar üçün daim
açıqdır. Əgər istəsələr. Çünki Şeyxin buyurduğu kimi “Bu da
onların öz məşiyyət və iradəsi ilə olur. Yəni Allahın rəhmət
qapısı günahkarlar üçün belə açıqdır. Özləri səy edib nail
olsunlar.)