Page 107 - Islamic Studies 03
P. 107
106) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
ayəsinə işarə edərək, buyurur: ""Rəhmətim hər bir şeyi əhatə
etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər
və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün
yazacağam". Allah-Təala üçün iki rəhmət vardır. Biri ümumi
rəhmətdir ki, həm möminə və həm də kafirə, insana, qeyri-
insana şamil edilir. O biri rəhmət isə xüsusi rəhmətdir, Allah
onu ancaq o kəslərə verir ki, imana və bəndəliyə malik
olsunlar. Dünya və behiştdə təyyibə və nurani həyat kimi.
Kafirlər küfrlərinə görə ondan məhrumdurlar. Onlara nəsib
olan şey bu rəhmətin əksidir. Dünyada əzablı həyat, axirətdə
1
isə atəş və əziyyətlər".
Rəhman ilə Rəhim arasında olan fərq bundan ibadətdir ki,
Rəhim Allahdan ayrılmaz və daimi xüsusiyətlərinə deyilir.
Rəhman isə yalnız Tanrının bağşlayan və mərhəəmətli
olmasına dəlalət edir. Bunu da qeyd etmək etmək lazımdır ki,
Rəhim kəliməsi Qurani Kərimdə daim “bi” təsirlik şəkilçisi ilə
işlənmişdir.
Allah insanlara qarşı, əlbəttə mehriban və mərhəmətlidir.
(2\143).
Allah möminlərə rəhm edəndir. (33\43)
Bizə elə gəlir ki, bu yerlərdə ona aid olan sözlərlə işlənən
həmin kəlmə təsirli formadan çıxaraq təsirsiz hala salınmış və
müstəqil şəkildə işlədilmişdir. Əgər o təsirsiz halda olsaydı,
“bi” hərfi ilə təsirli hala salınmazdı. Bu kəlimənin təsirsiz fərz
olunması onun məfhumunun zati olmasını sübuta yetirir.
Alusi bu kəlmə barəsində belə bir nəzər irəli sürmüşdür ki,
onlar feli sifətlər deyildirlər, çünki hər iki kəlmə “Rəhmanəd-
dünya vəl axirəti və rəhiməhuma” cümləsində öz tamamlığı ilə
Milli.az 1