Page 106 - Islamic Studies 03
P. 106
İlahi rəhmət axirətdə
1
Kənan Məhəmmədov
Abstrakt
İslam dini hər bir halda insanları Allahın rəhmətinə ümid
bəsləmələrinə təşviq edir. Allahın rəhmətindən ümidi kəsməyi
küfrə və şirkə bərabət tutur. Mehriban Allah hər nə olursa
olsun insanın tövbəsini qəbul edəcəyini söyləyir. Hətta
günahlarını səvaba çevirəcəyini vədə verir. Dünyada hər kəsə
rəhimli olan axirətdə möminlərə rəhimli olacaq. Hətta o qədər
günahkarları bağışlayacaq ki, şeytan da Allahın rəhmətinə
ümidlənəcək. Bu dünyada ümumi rəhmətdən istifadə edənin
üzünə Allahın xüsusi rəhmət qapıları açılar. Lakin ilahi rəhmət
möminləriə daha genişdir. Əgər qiyamət olsa bu xüsusi rəhmət
yalnız möminə şamil olacaq.
Açar kəlmələr: İlahi rəhmət, rəhmaniyyət, axirətdə rəhmət,
bağışlamaq
Axirətdə rəhmətin zühuru
Allah Təalanın hər kəsə rəhmli olması heç kimə gizli deyil,
lakin Rəbbimizin bir növ rəhməti də var ki, xüsusi rəhmət
sayılır. Bu rəhməti qəbul edə bilən xüsusi insanlara şamil
edilir. Əllamə Təbatəbai bu haqda "Əraf" surəsinin 156-cı
- İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu, 1
Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran