Page 108 - Islamic Studies 03
P. 108
İlahi rəhmət axirətdə/ (107
izafə təşkil etmişdir. Halbuki feli siftələr təsirli deyil, təsirsiz
feillərdən düzəlir. Başqa sözlə desək, feli sifətlərin heç vaxt
tamamlığı olmur ki, onunla izafə təşkil etsin.
Alusinin bu sözləri çox təəccüblüdür, çünki qeyd olunan
cümlədə bu iki sözün izafə təşkil etməsi sözün öz tamamlığı
ilə izafəi növündən deyil, məkan və ya zamanla izafə
növündəndir. Bu növ izafədə də təsirli və təsirsiz fellər
arasında fərq yoxdur.
Nəql olunmuş bəzi rəvayətlərdə Rəhim kəliməsinin xüsusi
isim və ümumi məna daşıdığı göstərilmişdir. Çünki hər ikisi
axirət və möminlərə aid olunur. Lakin bu rəvayət ya kənara
qoyulmalı, ya da izah olunmalıdır. Çünki, rəvayətləri zahiri
mənası quran ayələri ilə ziddiyət təşkil edir. Çünki Rəhim
kəliməsi Qurani Kərimdə möminlərə və ya axirətə ai olmadan
bir çox yerdə işlənmişdir.
İndi kim ardımca gəlsə, o şübhəsiz ki, məndəndir. Kim
mənə qarşı çıxsa, (bilin ki, tövbə edəcəyi təqdirdə) Sən (
günahları) bağışlayan və bəndələrinə rəhm edənsən. (14\36).
(Ya Məhəmməd!) Bəndələrimə xəbər ver ki, (tövbə
edəcəkləri təqdirdə) Mən, həqiqətən bağışlayan və rəhm
edənəm. (15\49).
Həqiqətən, Allah insanlara şəfqətli və mərhəmətlidir. (22\65).
Sizin üçün (bol) neymətlərdən özünə ruzi diləmək (qazanmaq)
məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir.
Həqiqətən, Rəbbiniz sizə qarşı rəhimlidir. (17\66).
Allah (bununla ) doğruları doğruluqlarına görə
mükafatlandırsın, münafiqləri isə istər əzab versin, yaxud