Page 125 - Islamic Studies 03
P. 125

124) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla
               (Quranın)  ardınca  gedənlər  məhz  onlar  nicat  tapanlardır!”
               (“Əraf”                 surəsi,                ayə                157)

                “Onlar  (insanlara)  yaxşı  işlər  görməyi  əmr  edər,  pis  işləri
               yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə
               itaət  edərlər. Allah,  əlbəttə  ki, onlara  rəhm edəcəkdir. Allah,
               həqiqətən,  yenilməz  qüvvət  sahibi,  hikmət  sahibidir!”
               (“Tövbə”                         surəsi,                       ayə71)

                “Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri
               yer  üzündə  fitnə-fəsad  törətməyi  qadağan  edəydilər!  Onların
               xilas  etdiyimiz  az  bir  qismi  istisnadır.  (Onlar  keçmiş
               peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi
               əmr edər, pis işləri yasaq edərdilər.)” (“Hud” surəsi, ayə 116)

                “(Onlar  Allaha)  tövbə,  ibadət  və  şükür-səna  edənlər,  oruc
               tutanlar  (və  ya  cihad  uğrunda,  elm  təhsil  etmək  üçün
               yurdundan  ayrılıb  başqa  yerlərə  gedənlər),  rüku  və  səcdə
               edənlər  (namaz  qılanlar),  yaxşı  işlər  görməyi  əmr  edib  pis
               işləri  yasaq  edənlər  və  Allahın  hədlərini  (halal-haramı)
               qoruyanlardır.  (Ya  Rəsulum!)  Belə  möminləri  (Cənnətlə)
               müjdələ!”           (“Tövbə”          surəsi,         ayə         112)

                “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir
               yer  versək),  namaz  qılar,  zəkat  verər,  (insanlara)  yaxşı  işlər
               görməyi  əmr  edib,  pis  işlər  görməyi  qadağan  edərlər.  Bütün
               işlərin  sonu  (nəticəsi)  Allaha  aiddir.  (Allah  qiyamət  günü
               əməllərinə  müvafiq  olaraq  möminlərə  mükafat,  kafirlərə  isə
               cəza       verəcəkdir)”.       (“Həcc”       surəsi,      ayə      41)
   120   121   122   123   124   125   126   127   128   129   130