Page 124 - Islamic Studies 03
P. 124
İlahi rəhmət axirətdə/ (123
Yaxşılıqlara dəvət edənlər
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar
insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa
qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət
edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah
Qüdrətlidir, Müdrikdir.(Tövbə surəsi 71-ci ayə)
“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran,
xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən
bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış
şəxslərdir.” (“Ali-İmran” surəsi, ayə 104)
“(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən
yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis
əməllərdən çəkindirir və Allaha inanırsınız.” (“Ali-İmran”
surəsi, ayə 110)
“Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər
görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli
işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər”.
(“Ali-İmran” surəsi, ayə 114)
“Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara
günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların
törətdiyi əməllər necə də pisdir!”. (“Maidə” surəsi, ayə 63)
(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri
qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak)
şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və
üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər).