Page 127 - Islamic Studies 03
P. 127
126) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
İlahi rəhmət və məğfirətin nəticəsi əbədidir, lakin mal-dövlət
və sərvətin təsirləri müvəqqətidir. Əsas məsələ insanın Allah
yolunda ölməsidir – istər şəhid olmaqla, istərsə də öz əcəli ilə.
Allah yolunda malı və canı ilə cihad etmək Axirətdə rəhmətin
səbəblərindəndir. Ununtmamalıyıq ki, böyük cihad, nəfslə
cihaddır.
Quran oxunanda dinləyənlər
Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm
olundunuz. (Əraf surəsi 204)
Ehtiramın insana böyük təsiri var, əgər İnsan xüsusən Allahın
sözləri qarşısında ehtiram etsə, bu Onun qəlbində öz təsirini
göstərər.
Axirətdən qorxanlar
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət
içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid
bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə
bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri
düşünüb ibrət alarlar”. (Zümər surəsi 9)
"Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz
isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara
qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah
möminlərə qarşı (böyük) mərhəmət sahibidir". ("Ali-İmran"
152).
Mərhəmətli möminlər