Page 128 - Islamic Studies 03
P. 128

İlahi rəhmət axirətdə/ (127


               Sonra  da  iman  gətirən  və  bir-birinə  səbr  tövsiyə  edən,
               mərhəmət  tövsiyə  edən  kimsələrdən  olmaqdır!  (Bələd  surəsi
               17-18).


                 BEHİŞTİN QAPILARI

                “Zümər”  surəsinin  73-cü  ayəsində  behiştin  qapılarından  söz
               açılır:

               “Rəbindən  qorxanlar  (təqvalılar)  dəstə-dəstə  cənnətə  tərəf
               aparılarlar.” Behişt əhlinin “təqva” (Allahdan qorxu) xislətinin
               xüsusi qeyd edilməsi onun böyük əhəmiyyətini, behiştə daxil
               olmaqda mühüm rolunu aşılayır.

               “Nəhayət,  onlar  ora  (behiştə)  çatanda,  onun  qapıları  (onların
               üzünə) açılar.” Öncə cəhənnəmin qapıları ilə bağlı qeyd edilən
               incə mətləblər bura da aiddir.
               “Onun  gözətçiləri  onlara  deyərlər:  Salam  olsun  sizə,  (həm
               cismi,  həm  də  ruhi  baxımdan)  pak  oldunuz.  Buna  görə  də,
               əbədi  məskunlaşmaq  üçün  ora  daxil  olun!”  Bu  ayədə  də
               behiştin  qapılarından  söz  açılsa  da,  onun  təfərrüatı  və  sayı
               haqda Qurani-Kərimdə məlumat verilmir.
                                                               1
                 İnsanın  sadəcə bədəninin dəyəri  behiştdir. Yüksək məqamlı
               möminlər Allahla görüşün ləzzətindən behişt neymətlərini də
               görmürlər.








                                                     İbadur rəhman (Ayətullah Məkarim Şirazi)  1
   123   124   125   126   127   128   129   130   131   132   133