Page 129 - Islamic Studies 03
P. 129

128) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Behiştin dərəcələri:

                Cənnətul-məva
                 Cənnətul-məva”  sakin  olmaq  üçün  olan  Cənnət  deməkdir.
               Onun  hansı  Cənnət  olması  haqqında  təfsirçilər  arasında
               müxtəlif  fikirlər  var.  Bəziləri  bu  qənaətdədir  ki,  bu  cənnət,
               həmin əbədi Cənnət, yəni “Cənnətul-xuld”dur. Əbədi Cənnət
               bütün  iman  əhli  və  təqvalı  şəxsləri  gözləyir.  Onun  yeri
               göylərdədir.  Bu  alimlər  sözügedən  iddia  üçün  “Səcdə”
               surəsinin 19-cu ayəsini əsas gətirirlər:

                  ُ
                                                             ْ ْ
                َن ولمْعَي   اوُناک    امب ِ    ًلاُز  ُن       ىوأملا   ُتا نَج   ْمُهَلَف
                   َ
                                                              َ
               "Lakin  iman  gətirib  saleh  əməllər  edənlər  üçün  (sakın
               olacaqları) «Mə’va» Cənnətləri və bağları vardır, etdiklərinin
               mükafatı              olaraq             bir            qonaqlıqdır."
               Çünki  bu  ayə  sonrakı  ayə  ilə  birlikdə  şübhəsiz  ki,  əbədi
               Cənnətdən                            söz                          açır.
               Lakin           başqa          bir          ayədə           oxuyuruq:
                   َ ْ
                ُ ض ْ رلأا  و  ُتاوامَّسلا  اهُض ْ رَع  ةَّنَج  و  ْمُک بر   ْ نِم  ةرِفْغم  ىلإ  اوُعراس  و
                                                                  َ
                                                        ِ َ
                                                                                ِ
                                                                          ِ
                                                                     َ
                                     َ
                        َ
                                                                                     َ
                                                   َ
               "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və
               yer       qədər       olan        Cənnətə        doğru        tələsin!"
               Bəzi  alimlər  də  bu  təfsiri  qəbul  etmirlər,  çünki  sözügedən
               ayənin  zahiri  mənası  göstərir  ki,  “Cənnətul-məva”  göylərdə
               yerləşir və əbədi Cənnətdən fərqlidir. Əbədi Cənnətin genişliyi
               bütün                 göylər                 və                 yerdir.
               Ona  görə  də,  onu  bəzən  Cənnətin  “Sidrətul-müntəha”nın
               kənarında müxlis insanların sakin olduğu xüsusi məqamı kimi
               təfsir                                                       etmişlər.
               Bəzən  də  onun  şəhidlərin,  möminlərin  müvəqqəti  olaraq
               qaldıqları  Bərzəx  cənnəti  olduğunu  güman  etmişlər.
               Sonuncu  və  bütün  təfsirlərdən  daha  münasib  nəzərə  çarpan
               təfsir  isə  budur  ki,  merac  haqqında  olan  hədislərin  çoxunda
   124   125   126   127   128   129   130   131   132   133   134