Page 134 - Islamic Studies 03
P. 134
İlahi rəhmət axirətdə/ (133
olmazdı. İlahi təhdid və cəzalar olmasaydı, hamı Allahın
rəhmətinə arxalanar və istədiyi hər şeyi edərdi.
1
Alimlərin nəzərinə görə, O kəslər ki, dindən xəbərləri
olmayıb, və ya elə bir şəraitdə yaşayıblar ki, din onlara səhv
tanıtdırılıb. Imkanları ds olmayıb haqqı tanısınlar, Allah Onları
vicdanları əsasında hesab kitab edəcəkdir.
Əhli-beyt (a.s) sevgisi Axirətdə zəmanətdir
Qiyamət günü Allah bir dəstə mələk seçib əllərinə,
üzərində bu Adam oddan nicat tapıb sözü yazılmış bir kağız
verəcək. Onlar da camaatın arasında gəzib Əhli-beyti sevənlər
və ürəyi Əhli-beyt məhəbbəti ilə dolu olan insanlara bu kağızı
verəcəklər.
Peyğəmbər (s) də məhz elə bu səbəbdən şad olmuşdu.
Çünki, Allah Əhli-beyti sevənləri belə bir vəsiqə ilə
2
müjdələyib.
Şəfaət kimlər üçün inkar edilir?
İlk növbədə şəfaətin tamamilə inkar edildiyi ayələrə nəzər
salaq. Allah-Təala Qurani-Kərimin “Bəqərə” surəsinin 48-ci
ayəsində buyurur: “Və o gündən qorxun ki, heç kəs başqasının
haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə
bilməyəcək və heç kəsin şəfaəti qəbul olunmayacaq...” Bu ayə
şəfaəti inkar edən ayələrdəndir. Digər bir yerdə, “Bəqərə”
Makarem.ir 1
http://ehliwie-samux.com/ 2