Page 172 - Islamic Studies 03
P. 172
Quranın Hərtərəfli olmaq …/ (171
zəngin olduğum zaman Sənə möhtac idimsə, fəqirliyimdə necə
möhtac olmayım? İlahi, elmli olduğum zaman nadan idimsə,
1
cahilliyimdə necə nadan olmayım?
Diqqət etsək, görərik ki, İmam (ə) bu duada özünün Allah
qarşısında necə zəif və aciz olduğunu bildirir. Eyni zamanda
da Allahın ehtiyacsız və alim olduğunu dilə gətirir.
Bu duada imam (ə) əslində biz insanlara başa salmaq istəyir
ki, Allahı olduğu kimi tanımaq lazımdır və özümüzün zəif,
cahil və möhtac olduğumuzu unutmamalıyıq. Yəni daim
Allahı xatırlamalı, onun rəhmət və elm qapısından
yapışmalıyıq. Belə ki, nəqədər də elmimiz, sərvətimiz olsa,
yenə də Allaha möhtacıq, yenə də onu tanımalı, çağırmalı və
ondan diləməliyik.
İmam Səccad (ə) dualarının birində Allah ilə münacat
edərkən, belə buyurur: İlahi! Hər bir haram işlərə nisbət meyl
və istəyimi sındır və hər günaha qarşı olan xəsisliyimi məhv
2
eylə!
İmamın (ə) cümlələrinə diqqət edəndə, başa düşürük ki, insan
yaşayışının bütün sahələrində, hətta günahdan uzaq olmaq
yolunda da Allahdan yardım istəməli, ona sığınmalıdır. Yəni
necə ki, insan ruzi qazanmaq ardınca gedərkən əllərini açıb,
Allaha dua edir, eyni ilə haram və günahlardan uzaq olmaq
üçün də Allaha tərəf əl açıb, dua etməlidir.
Duadan başa düşülən başqa bir həqiqətdə bunadan ibarətdir
ki, insanın daxilində günahlara qarşı bir istək və xəsislik
Məfatihul-Cinan, Ərəfə duasından. 1
Səhifə Səccadiyyə, dua 39. 2