Page 171 - Islamic Studies 03
P. 171
170) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
elmə sahib olan Allah yarada bilər. Nəticə etibarı ilə insanın
1
vücudundakı incəlikləri kəşf etməklə, Allahı tanımaq olar.
Başqa bir hədisdə isə Peyğəmbər (s.ə) buyurur: Hər kim qırx
gün Allaha xatir ixlaslı olarsa, (işlərini Allaha xatir yerinə
yetirərsə) hikmət bulaqları qəlbindən (axıb) dilində aşkar olar.
2
Hikmət sözü bir çox mənalarda işlənir. O cümlədən: Dəyərli
bilklər və onlara əməl etmək, yaxşı işləri tanımaq, insanın pis
əməllərdən çəkinməsinə səbəb olan elm və hər bir şeyi öz
yerinə yerləşdirmək kimi mənalarda işlənir. Başqa sözlə
desək, hikmət mənalı, dəyərli, ruha və cismə faydalı olan elm
və həmin elmə layiqincə əməl etmək anlamındadır.
Bu hədis insanın Allaha yaxınlığının dəyər və önəmini
çatdırır. Yəni əgər insan günahdan uzaq olub, yaxşı işlərini sırf
Allaha xatir yerinə yetirərsə, Allah ilə çox yaxın olar. Belə ki,
bu yaxınlıq səbəb olar ki, Allah insanın qəlbindən hikmət
bulağını onun dilinə gətirər və həmin insanın sözləri başqaları
tərəfindən xoş qarşılanar və onlara müsbət təsir edər.
Əgər insan Allaha xatir addım atarsa, Allah da ona hikmət
bəxş edər. Elə bir hikmət ki, danışığı, qələmi, həyat tərzi,
yemək yeməyi, baxışı, geyimi və bütün yaşayış tərzi Allahın
razılığı yolunda olar. Eyni zamanda da ətrafındakı insanlara
örnək və dərs olub, onlara da öz müsbət təsirini bağışlayar.
İmam Hüseyn (ə) ərəfə duasında Allah ilə münacat edərək,
bir çox dərin mənalı cümlələr və həqiqətlərə toxunur. O duanın
qısa bir hissəsini gətiririk. İmam (ə) buyurur: İlahi, qəni və
Quranda Əxlaq, c.1. səh.328. 1
Şəhabul-Əxbar, cild.1,səh, 192. 2