Page 192 - Islamic Studies 03
P. 192

Mənəvi yolçuluq və Nikbinlik/ (191


               Bura  qədər  deyilmiş  bütün  öyüdlər  faydalı  və  dəyərli  idilər.
               Deməli belə məlum olur ki, Peyğəmbər (s) Əbuzərə –"sənə elə
               sözlər  öyrədim  ki,  onunla  Allah  sənə  xeyir  əta  etsin”–

               deməklə, öndə deyilmiş mətləblərin cəmindən "bir dəstə gül”
               bağlamaq istəmişdir. Bununla peyğəmbər deyilən sözün xüsusi
               əhəmiyyət daşıdığını vurğulamışdır. Buna görə də Həzrət (s)

               Əbuzərin diqqətini bu mətləbə cəlb edir, ona eşitdirir ki, Allah
               Özü ilə sənin aranda təkvini olaraq bağlılıq yaratmışdır, çalış
               bu  bağ  qırılmasın;  bu  bağı  qoruya  biləsən,  Allah  da  səni
               qoruyacaq.

               Bəlkə  də  bəziləri  üçün  bu  məsələ  anlaşılmaz  görünsün,
               desinlər mənimlə Allah arasında necə, hansı rabitə var ki, onu
               da  qoruyum;  Yer  üzündə  yaşayan  mən  insanla  Allah-təala,

               ilahi ərş arasında nə rabitə ola bilər?!
               Bu  anlaşılmazlığın  aradan  qaldırılması  üçün  həzrət  (s)
               buyurdu:  "Allahla  əlaqəni  qırma  ki,  İstədiyin  vaxt  Onu

               çağırmaq istəyəndə Onu qarşında görə biləsən”
               Yəni  Allahla  sənin  aranda  fasilə  yoxdur,  O  həmişə  sənin

               yanındadır  və  səndən  ayrılmazdır:  "...Siz  harada  olsanız,  O
                                                                     1
               sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!”
               Beləliklə,  əgər  insan  Allah-təalanın  onu  bəlalardan,  şeytanın

               şərindən  qorumasını  istəyirsə  (peyğəmbərin  kəlamında
               "qorumaq” sözü mütləq formadadır və bu insanı hər cür maddi
               və mənəvi bəlalardan qorumağa şamil olur.) Allahla rabitəsini

               qoruyub saxlamalı, onu zəifləməyə qoymamalıdır.


                                                                            - Əraf, ayə 205 1
   187   188   189   190   191   192   193   194   195   196   197