Page 193 - Islamic Studies 03
P. 193
192) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Allahın elçisi (s) buyurur: "Xoş halında (yaxşı günündə) özünü
Allaha tanıtdır ki, dar günündə səni tanısın.”
Dünya sistemində baş verən hər bir şey sonsuz qüdrət sahibi
olan Allahın iradəsi ilə həyata keçdiyi üçün heç bir şey Onun
iradə dairəsindən xaric deyil. Hər bir halda insan Allahı yad
etməlidir. Əgər darda qalsa, nəzərini ancaq Allaha dikməlidir,
qurtuluş yolunu Ondan diləməlidir. Həmçinin, xoş günə
çıxanda da nəzərini Allahdan üzməməlidir, çünki rahatlıq
nemətini ona Allah vermişdir.
Təbii ki, insan çətinliyə düçar olanda, xoşagəlməz hadisə ilə
üzləşəndə Allaha sarı üz tutur, necə ki, Allah müşriklər
barəsində buyurur: "(Müşriklər) gəmiyə mindikləri zaman
(dəryada batacaqlarından qorxub) dini yalnız Ona məxsus
edərək (ixlasla Allaha dua edərlər. Allah onları sağ-salamat
quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.”(Nur-36)
Dara düşəndə, bəla dalğaları hər tərəfdən insanı əhatə edəndə
Allaha üz tutmaq bir hünər deyil. Əlbəttə elə adamlar olur ki,
Allahın dərgahından dəfələrlə qovulduqları üçün, hətta bəla ilə
üzləşəndə də Allahın sorağına getmirlər. Amma ürəyində zərrə
qədər imanı olan adam ən azı çətinliyə, çıxılmaz vəziyyətə
düşəndə Allahı soraqlayır. Peyğəmbər (s) deyir: Əgər hər dəfə
Allahın sorağına gedəndə sənə cavab verməsini istəyirsənsə,
xoş günündə Allahla əlaqəni üzmə, Onunla rabitədə ol.