Page 249 - Islamic Studies 03
P. 249

248) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               “Onunla  birlikdə  onlar  kafirlərə  qarşı  sərt,  bir-birinə  (öz
               aralarında) isə mehribandırlar.”


               Beləliklə,  müsəlmanlar  inadkar  və  rəhmsiz  düşmənləri
               müqabilində  mütləq  sərt  mövqe  seçməli,  dostlarına  qarşı  isə

               mərhəmətli olmalı və qələbə çaldıqları düşmənləri ilə də onlar
               tərəfindən  yeni  hücum  ehtimalı  verilməyənə  qədər  mehriban
               davranmalıdırlar.


               Xülasə:

               Ayətullah  Məkarim  Şirazinin  görüşündə  İslam  alimlərinin

               konvergensiyasını gücləndirən amillər

                İslam  təriqətləri  arasındakı  ixtilaflarları  böyütməklə,  onlar

               arasında  qarşıdurma,  düşmənçilik  və  müharibə  alovunu
               alışdırmağa  çalışan  “əllər”  var...  Müsəlmanlar,  düşmənlərin
               buna nail olmalarına imkan verməməlidir.


               İslam  təriqət  və  məzhəblərinin  alimləri  arasında  qarşılıqlı
               münasibət zərurəti İslam ümmətinin vəhdət qazanmasında çox
               mühüm  və inkaredilməz  məsələlərdəndir.  Bu məqama  diqqət

               etmək lazımdır ki, söhbət fiqhi nəzərlərin ixtilaf amillərindən
               və  müxtəlifliyi  ilə  birgə  malik  olduğu  sahədən,  yəni  İslamın
               kamil fiqh və şəriətinin yalnız “məhdud sahə”sindən gedir və

               əksər  fiqhi  məsələlərdə  İslam  məzhəbləri  yekdil  fikirə
               malikdirlər.  Bütün  fiqhi  babların  külliyyatı;  namaz,  oruc,
               xüms, zəkat, həcc, cihad, ticarət və müamilə növləri, ictimai və

               ailə müqavilələri kimi, həmçinin bir çox əsas element, əhkam
   244   245   246   247   248   249   250   251   252   253   254