Page 311 - Islamic Studies 03
P. 311
310) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
"Mənim ümmətimə dörd fitnə varid olacaqdır… Dördüncü
fitnədə isə kar və korluq hamını əhatə edəcək… " Başqa bir
1
rəvayətdə isə belə buyurur: "O zaman bir fitnə yaranar və nə
qədər bu fitnənin sona çatdığını desələr də yenə davam edər.
Onun girmədiyi bir ev, zərbəsini hiss etməyən bir müsəlman
qalmaz. Bu fitnə mənim ailəmdən olan bir kişi zühur edənə
2
qədər davam edər" . Bəlkə də əziz Peyğəmbərimiz (s) öz nurlu
kəlamı ilə məhz bu mədəni müharibələrin xəbərini vermişdir.
Yumuşaq müharibənin bəzi xüsusiyyətləri
Yumuşaq müharibədə də, elə hərbi müharibələrdə güdülən
hədəflər güdülür, amma daha geniş, daha dərin və daha əhatəli
3
şəkildə. Silahlı müharibələrdən fərqli olaraq, yumuşaq müharibə
açıq-aşkar, dərk və hiss ediləcək bir şəkildə getmir. Hətta bəzi
hallarda qarşı tərəf öz zərbəsini vurur, amma bu zərbənin hədəfi
olan toplum sanki yuxulu vəziyyətdə olduğuna görə, ona edilən
4
hücumu hiss etmir. Yumuşaq müharibənin əhatə etdiyi təhdid,
təhlükə və qarışıqlığın ölçülərini dərk etmək olduqca çətindir.
Bu – adi silahlı müharibənin əksinə – aşkar, hiss edilə bilən və
anlaşıla bilən deyildir. Hətta təəssüf ki, bu oyun elə gözəl tətbiq
edilir ki, bəzən qarşı tərəfin öz zərbəsini endirməsinə rəğmən,
hədəf alınan toplumun hücumu dərk etmədiyini və hələ də
5
qəflətdə olduğunu dəfələrlə görmüşük. Qanlı müharibədən fərqli
olaraq, mədəni müharibədə zərbə alan tərəfin özü, özü də
bilmədən düşmənin köməkçisi olur.
1 Əli Kurani "Zühur əsri", səh. 22
2 Əli Kurani "Zühur əsri", səh. 23
3 https://rasthaber.com/ayetullah-hamanei-ve-yumusak-savas/
4 Ayətullah Xameneinin televiziya və radio işçiləri ilə görüşündən http://leader.ir
5 https://rasthaber.com/ayetullah-hamanei-ve-yumusak-savas/