Page 313 - Islamic Studies 03
P. 313

312) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



            kifayələnməyib bu dəstələri gücləndirib bir-birinin canına salmaq
            üçün əllərindən gələni edirlər. Satılmış, azğın fərdlər, təşkilatlar,
            hətta  bəzi  hökumətlər  də    bu  yolda  hegemonlara  muzdurluq
            edirlər. Vəhhabi kimi azğın, vəhşi cərəyanları həqiqi İslam olaraq
            təqdim  edib  həqiqi  İslamı  gözdən  salmaq  imperializmin  və
            sionizmin əsas alətlərindəndir.


               İnsanlarda İslama qarşı ümidsizlik yaratmaq
            İslam  təlimlərində  ümidsizlik  küfr  kimi  təqdim  olunur.  Mütəal
            Allah Qurani-Kərimdə buyurur: "Allahın mərhəmətindən yalnız
                                       1
            kafirlər  ümidini  üzər!"   Ümidsizliyin  və  məyusluğun  insanda,
            xüsusən  də  gənclərdə  asanlıqla  təsir  qoyduğunu  bilən  İslam
            düşmənləri,  xüsusi  olaraq  internet  və  sosial  şəbəkələrdən
            yararlanaraq,  bu  mövzuda  geniş  təbliğat  aparırlar:  "Əgər  Allah
            varsa  niyə  axan  qanlar  dayanmır?",  "Allah  ədalətli  olsaydı
            zalımlar  gün-gündən  rifaha,  kasıblar  da  əzab-əziyyətə  düçar
            olmazdı",  "Din,  kasıbları  istismar  etmək  üçün  varlıların
            uydurmasıdır"  və  s.  düşüncələri  yaymaqla,  insanı  Allahdan
            naümid etməklə onu küfrə sürükləmək nəzərdə tutulur. Artıq iş o
            yerə  çatıb  ki,  gündəlik  xəbərləri  izləyərkən  –  məktəb  yaşlı
            uşaqlardan  tutmuş  70-80  yaşlı qocalara qədər  – hər  gün  ən azı
            iki-üç nəfərin intihar etdiyin görürük. İnsan yalnız ümidsizliyin
            son  pilləsinə  çatanda  öz  şirin  canına  qıya  bilər.  Belə  insanlar
            şeytanın  planlarını  həyata  keçirməklə  onu  sevindirir,  Allahı  isə
            qəzəbləndirirlər;  həm  dünyalarını  əldən  verirlər,  həm  də
            axirətlərini.
            Əlbəttə,  mal-dövlət  toplamağa  çalışmaq,  dünya  ehtiraslarına
            qurşanmaq,  onları  əsas  saymaq, yalnız  maddi  dəyərlər  uğrunda
            əlləşib-vuruşmaq  da,  bugünkü  insanın  hədəfinə  çevrilmişdir.



               1 Yusif surəsi 87
   308   309   310   311   312   313   314   315   316   317   318