Page 317 - Islamic Studies 03
P. 317

316) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Bazarların genləri dəyişdirilmiş məhsullarla doldurulması
            Azərbaycan  Fövqəladə  Hallar  Nazirliyinin  saytında  genetik
            modifikasiya  olunmuş  məhsullar  haqqında  belə  yazılır:  "GMO-
            nun yaradılması üzərində ilk təcrübələr XX əsrin 70-ci illərində
            aparılmağa  başlanmışdır.  Artıq  15  ilə  yaxındır  ki,  milyonlarla
            istehlakçı  heyvan  və  bitki  mənşəli  GMO  məhsullardan  istifadə
            edir. Genetik modifikasiya olunmuş orqanizmlərin əldə edilməsi
            zamanı  heyvan  geninin  bitkiyə  və  ya  əksinə,  bitki  geninin
            bitkiyə,  heyvan  geninin  heyvana  köçürülməsi  baş  verir.  Balıq,
            əqrəb, siçan, müxtəlif həşəratlardan və sair orqanizmlərdən təcrid
            olunmuş  genlər  donor  kimi  istifadə  olunur.  Məsələn,  şimal
            balıqlarının  soyuğa  davamlılıq  xüsusiyyətini  daşıyan  geni
            pomidor və çiyələk bitkilərinə köçürülür. İlandan alınmış genin
            qarğıdalıya  köçürülməsi  ilə  qarğıdalının  ziyanvericilərə  qarşı
            davamlılığı  artır.  Bir  sıra  inkişaf  etmiş  ölkələr  bu  məhsulları
            geniş  istehsal  edərək  iqtisadi  cəhətdən  geridə  qalmış  ölkələrə
            ixrac  edirlər.  Avropada  transgen  məhsulların  əkilməsi  qadağan
                                                                                     1
            edilmiş, yalnız bəzi bitkilərin ölkəyə idxalına icazə verilmışdir".
                      Genetik  modifikasiyaya  uğradılmış  toyuq  ətlərinin,
            meyvə-tərəvəz  və  dənli  ərzaq  məhsulları  insanlarda  hormonal
            xəstəliklərin,  piylənmənin  və  xüsusən  də  sonsuzluğun
            yayılmasına səbəb olub. Bunun ən bariz nümunəsi sonsuzluğun
            heç  zaman  olmadığı  həddə  çatmasıdır.  Genləri  dəyişdirilmiş
            məhsulları  istehlak  etmək  əsrin  bəlası  sayılan  xərçəng
            xəstəliyinin də əsas səbəbidir.


               Bioloji silahlar vasitəsi ilə xəstəliklərin yayılması
                      Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə
            müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi



               1 http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=1268
   312   313   314   315   316   317   318   319   320   321   322