Page 312 - Islamic Studies 03
P. 312
Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (311
Mədəni hücumlar hansı məqsədləri güdür?
Bu gün İslam ümməti əvvəllki dövrlərdə olduğu kimi yarıyuxulu
halda deyil, oyanmış və ayağa qalxmış vəziyyətdədir. Buna görə
də, İslamın dünyaya hakim olmasının bünövrəsi olan islami
oyanışın qarşısını almaq üçün dünyanın harasında olur-olsun,
müxtəlif bəhanələr altında həqiqi Muhəmmədi İslamın
ardıcıllarına, xüsusən İslam İnqilabının tərəfdarlarına təzyiq
edilməkdədir. İslam İnqilabının Böyük Rəhbəri İmam Xamenei
buyurur: "İslam təfəkkürünə və İslam quruluşuna qarşı mədəni
mübarizənin çoxlu şaxələri var. Onları araşdırıb saysaq, çox
geniş bir dairəni əhatə etdiyini görərik. Misal üçün, mətbuatda,
müxtəlif kitablarda, tərcümələrdə və hətta tarixi araşdırmalarda
"siyasi İslam" təfəkkürü sual altına alınır. Halbuki bu inqilab
İslamın siyasi təfəkkürü üzərində dayanmışdır. İslamın siyasi
təfəkkürü olmasaydı, onun əsasında inqilab baş verməz və İslam
1
quruluşu yaranmazdı".
İslam dünyasında müxtəlif ixtilaflar icad etmək
Müstəmləkəçilərin öz məqsədlərinə çatmaq üçün istifadə
etdikləri əsas alətlərdən biri dünyanın ən qiymətli təbii
sərvətlərinin xəzinəsi olan müsəlman torpaqlarını parçalayıb
onların sahib olduğu sərvətləri talamaq və ya ucuz qiymətə ələ
gətirmək, digəri isə İslam ümməti arasında müxtəlif ixtilaflar,
xüsusilə Sünni-Şiə ixtilafı icad edərək böyük İslam ümmətini
zəif hala düşürüb onlar üzərində hakimiyyət etməkdir. Onlar
müsəlman qardaşlar arasında ayrılıq salmaq üçün həssas
mövzuları qabardır, tarixdə baş vermiş ixtilaflı məsələlərə
həssaslıq yaradır, millətçi hissləri təhrik edir, bununla da
1 "Mədəniyyət və mədəni ideoloji hücum", Böyük Rəhbər Ayətullah Xameneinin
çıxışlarından