Page 316 - Islamic Studies 03
P. 316
Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (315
azaldılması istiqamətində cəmiyyətimizdə, mətbuatımızda
düşməncəsinə aparılan təbliğinin ağrıdıcı nəticələridir.
Yoluxucu xəstəliklərin qəsdən yayılması
Hemfer öz xatirələrinin davamında müstəmləkəyə çevrilməsi
nəzərdə tutulan ölkələrdə yoluxucu xəstəliklərin yayılmasının da
plana daxil edildiyini qeyd edir: "Bu ölkələrə sahib olmaq üçün,
biz hər bir vasitədən istifadə etmək məcburiyyətində idik; həmin
ərazilərdə təfriqə, cəhalət, yoxsulluq, hətta yoluxucu xəstəlikləri
1
yaymaq üçün ardıcıl planlar hazırlayırdıq".
Bəzi xəstəlik və viruslar vardır ki, düşmən
laboratoriyalarında hazırlanıb insanlara yoluxdurulur, bunun
əvəzində isə, fantastik rəqəmlər qarşılığında, tibbi avadanlıq və
dərman mafiyasının dəyirmanı ağlagəlməz sürətlə işləyir. Hər il
müxtəlif virus növlərinin yayılması, hətta yayılmazdan qabaq ona
ad qoyulması, qısa zaman sonra da həmin virusun guya
dərmanının tapılması, həmin virusun laboratoriyalarda
hazırlandığını sübut edir. SPİD, hepatit növlərinin sürətlə
yayılması da ürək ağrıdıcı məqamlardandır. Xəstəliklərin
yayılma yolları barədə mətbuatda elə bir təbliğat gedir ki, sanki
bu xəstəliklər yalnız əxlaqsız və ya narkoman insanlar arasında
yayılır. Bununla da insanları mənəvi olaraq öldürmək də nəzərdə
tutulur. Halbuki artıq çoxlu iffətli insanlar belə bu xəstəliklərə
yoluxublar. Bu da həmin xəstəliyin təsadüfən yayılmadığını
isbatlayır. Əlbəttə, insafən, bəzən bu xəstəliklərin qan köçürmə
zamanı, gözəllik salonlarından və stomatoloq xidmətindən
istifadə etdikdə yayıldığı da yazılır.
1 İ. Əliyev, "Mister Hemferin xatirələri", s. 12