Page 314 - Islamic Studies 03
P. 314

Svilizasiyalararası toqquşmalarda müsəlmanların əsas işi/ (313


            Təəssüflə qeyd edilməlidir ki, belə bir təfəkkür tərzi cəmiyyətin
            həm avam təbəqəsi, həm də ziyalı təbəqəsinə hakim kəsilmişdir.
            Məsələn,  bir  zamanlar  müəllimlər  elmi  yaymağı  bir  şərəf
            bilirdisə, bu gün bəzi müəllimlər öz peşəsini yalnız pul qazanmaq
            vasitəsi  bilir.  Yaxud  bir  zamanlar  Hipokrat  andı  içib  insanları
            müalicə etməyi öz vəzifəsi bilən həkimlər bu gün öz aralarında,
            həmçinin  apteklərlə  iş  birliyi  yaradıb  xəstələri  yağlı  müştəri
            hesab  edərək  onları  amansızcasına  talayır.  Bu  gün  bir  gənc,
            bəzən bütün səy və təlaşını, bütün maddi imkanlarını yalnız öz
            zahiri  görünüşünü  bəzəməyə,  son  model  maşın,  mobil  telefon
            əldə  etməyə  sərf  edir.  Məhz  dünyapərəstlik  təbliğlərinin
            nəticəsidir ki, gənclər yalnız Qərbin bizə standart olaraq təqdim
            etdiyi model tipli qızlarla ailə qurmağa meyl edir, iffət, sədaqət
            kimi  mənəvi  dəyərlər  əsas  götürülmür;  alicənab,  ağırtəbiətli,
            təhsilli,  ailə  tərbiyəsi  görmüş  qizlar  isə  zahirən  "avropa
            standartına  uyğun  olmadığı  üçün"  evdə  qalıb  qarıyır.  Son  illər
            baş  verən  boşanmaların    əksər  hissəsi,  məhz  maddi  tələblər  və
            zahiri görünüşü əsas götürərək ailə quranların payına düşür.

            Uşaqların Qeysəriyyə əməlliyyatı ilə dünyaya gəlməsinin asan
            olduğunu  təbliğ  etməklə  insanların  sayının  kontrol  altına
            alınması
            Bu təbliğlər nəticəsində demək olar ki, artıq çox az qadın təbii
            yolla övlad dünyaya gətirir. Bütün hamiləlik boyu, "hamiləliyini

            yataqda  keçirməsən,  uşaq  tələf  olar",  "filan-filan  dərmanları
            qəbul  etməsən,  gələcəkdə  uşaqda  filan-filan  çatışmazlıqlar
            meydana  gələr"  deyərək  qadınlar  aldadılır.  Maraqlıdır  ki,
            televiziya  verilişlərində,  internet  qəzetlərində  qeysəriyyə
            əməliyyatının ziyanları barədə təbliğat aparılır və bu üsula yalnız
            zəruri  hallarda  müraciət  etməyin  lazım  olduğu  bildirilir.  Lakin
   309   310   311   312   313   314   315   316   317   318   319