Page 341 - Islamic Studies 03
P. 341
340) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
yerə toplayıb Mədinədə təhlükəsiz bir ev sayılan Həsən ibni
Sabitin evinə apardı. Bu kişi yaşlı və şikəst olduğu üçün
müharibədə iştirak etmirdi. Səfiyyə xanım nəql edirdi :
-“ Mən qadın və uşaqlardan bir dəstə ilə çadırda oturmuşdum.
Həsən də bizimlə idi. O gün döyüş uzun çəkdi. Bizimlə
Allahın rəsulu arasında o qədər məsafə vardı ki , əgər düşmən
bizə gecə hücum etsəydi bizi düşməndən müdafiə etməyə gələ
bilməzdilər. Biz xeymədə olanda yəhudi kişi xeyməyə
yaxınlaşdı. Həsənə dedim:
-“Bu kişinin bizi qətlə yetirəcəyini hiss edirəm , qalx və bu
kişini burdan uzaqlaşdır.
Həsən ibni Sabit dedi :
-”Əbdülmütəllibin qızı, Allah bilir ki , mən onun yanına
gedənə qədər qüvvətim olsaydı Allah rəsuluna Uhud
döyüşündə kömək edərdim”.
Səfiyyə xanım Həsənin bu sözlərindən sonra cuşa gələrək
ayağa qalxdı və qərara gəldi ki , düşmənin həmləsini özü dəf
etsin. Silahsız olmasına baxmayaraq bu barədə qərarı tez
verərək xeymənin sütununu silah kimi əlinə aldı və düşmənə
hücum etdi . Səfiyyə xanım yəhudini qetl edənə kimi onunla
döyüşdü. Səfiyyə xanım İslam tarixinin qızıl səhifələrinə
düşməni qətlə yetirən ilk cəsur xanım olaraq adını yazdırdı.
Yəhudini öldürdükdən sonra o , döyüş meydanına nəzər
yetirdi. Müsəlmanlar çox təlaşlı idilər. Hətta müharibədən
məğlubiyyət xəbərləri gəlməyə başladı. Nəhayət o, qardaşı
oğlunun başına gələ biləcək ağır hadisənin təhlükəsindən
qorxuya düşərək bir neçə qadınla Ühüd meydanına gəldi.