Page 358 - Islamic Studies 03
P. 358
İslamda qadın və cəmiyyət/ (357
belə idi ki , xanımlar Əhli-beyti çox sevirdilər və hamısı
çalışırdı ki , Peyğəmbər nəvəsinin (s.ə.a.s.) daim köməyində
durmaq üçün öz qardaşlarını , atalarını , övladlarını döyüş
ruhuna həvəsləndirirdilər. Lakin eynən bu xanımların
qeyrətinin əksinə olan xanımlar da olmuşdur. Təbii ki , biz
yalnız örnək olan xanımalrın adlarını çəkirik ki , bu gün
cəmiyyətimizin xanımları onlardan nümunə götürsünlər.
Cihad etdilər.
Aşura günü xanımlar özləri də böyük cəsarətlə əlinə silah alıb
döyüşə qatıldılar. Ümm Vəhəb (Vəhəb ibn Abdullah Xəbab
Kəlbinin anası) çadırın dirəyini yerindən çıxardaraq düşmən
qoşununa hücum etdi. İki nəfəri öldürdükdən sonra İmam
Hüseynin (ə) əmrilə geri döndü. Əzra (adı çəkilən Vəhəbin
həyat yoldaşı) , Bəhriyyə binti Məsud Xəzrəci (Əmr ibn
Cünadənin anası) və Abdullah ibn Umeyrin anası da
çadırların dirəklərini əllərinə alıb vuruşa başladı. Ancaq İmam
Hüseynin (ə) əmrilə yenidən çadırlara qayıtdılar.
Cinayətkarlara etiraz etdilər.
Kərbəla cinayətkarlarından bəzilərinin xanımları öz ərlərinin
insaniyyətdən uzaq mənfur əməllərinə qarşı etiraz edərək
onları kəskin çıxışları ilə tənqid etdilər. Bu bir halda baş
verirdi ki , Hüseynin (ə) qatilləri dırnaq arası qələbəsini
təntənə ilə qeyd edirdi. Hər an onların qəzəblənərək etiraz
edən şəxsləri öldürmək qorxusu var idi. Yezid ibn Müaviyənin