Page 360 - Islamic Studies 03
P. 360

İslamda qadın və cəmiyyət/ (359


               “Siz  Hüseynə  (ə)  kömək  etmədiyinizə  görə  Allah  taalanın
               hüzurunda  nə  bəhanə  gətirəcəksiniz  ?  Ey  bədbəxtlər  ,  heç
               olmasa qalxın , şəhidlərin doğranmış bədənlərini dəfn edin.”

               Bunu  eşidən  Bəni-Əsəd  qəbiləsinin  kişiləri  xəcalət  çəkərək
               utandılar.  Kərbəla  şəhidlərini  dəfn  etmək  üçün  oraya  yola
               düşdülər.


               Şəhid oldular.

               Kərbəlada qeyrətli müsəlman xanımlar haqq yolunda savaşan

               ərlərinə , qardaşlarına  və övladlarına döyüşün ən böhranlı , ən
               dəhşətli anlarında belə yaxından dəstək oldular. Hətta onların
               bəzisi bu yolda şəhadət mərtəbəsinə də yüksəldilər.

               Ümm  Vəhəb  (Abdullah  ibn  Umeyr    Kəlbinin  həyat  yoldaşı)
               ərinin  yaralı  bədəninin  cansız  şəkildə  savaş  meydanına
               düşdüyün gördükdə yanına gedərək onu ağuşuna aldı. O , göz

               yaşları içində deyirdi:
               “ Behişt sənə halal olsun. Mən Allahdan sənin məqamını ən ali
               dərəcədə  ucaltmasını  və  məni  də  ,  sənə  qovuşdurmasını

               diləyirəm.”
               Elə bu zaman Şümrün əmrilə şərəfsiz bir şəxs qılıncını çəkərək
               onu qaətlə yetirdi. O , Kərbəlada şəhid olan ilk qadındır.

               Həmçinin Haniyə və Müslim ibn Əqilin qızı Atikə də düşmən
               tərəfindən Aşura günü amansızcasına qətlə yetirildi.


               Əhli-beyt (ə) xanımlarının rolu.
   355   356   357   358   359   360   361   362   363   364   365