Page 356 - Islamic Studies 03
P. 356
İslamda qadın və cəmiyyət/ (355
“Bu cavanın atası indicə şəhid oldu. Onun da vuruşub şəhid
olması anası üçün ağır bir dərd olar.” Amma Əmmar ibn
Cünadə İmama (ə) belə dedi:
“Ey Peyğəmbərin (s.ə.a.s.) övladı ,anam özü mənə döyüşməyi
əmr etdi.”
Belə olduqda Həzrət Hüseyn (ə) Əmrə döyüşmək üçün icazə
verdi və o , qəhrəmanlıqla döyüşüb şəhid oldu.
Səbir və dözüm dərsi verdilər.
Kərbəlada müsəlman xanımları yüksək əzm və dözüm
nümayiş etdirərək bütün azadələrə ibrıt dərsi oldular.
Vəhəb ibn Abdullah Xəbaba Kəlbinin anası ərinin ardınca
oğlunun da şəhid olduğunu izlədiyi zaman daşürəkli düşmən
qoşunu oğlunun kəsilmiş başını anasına doğru tulladı.
Cəsarətli qadın isə oğlunun başını götürüb vüqarla düşmənə
doğru irəlilədi və onu zülmkar dəstəyə sarı atıb dedi:
“Biz Allah yolunda verdiyimiz qurbanları geri almırıq.”
Əhli –beyti himayə etdilər.
Vəfalı mömin xanımlar ən ağır , acınacaqlı hallarda belə
İmam Hüseynin (ə) ailəsini tənha qoymayaraq onları tərk
etmədilər. Özlərinin sığınmağa pənəhgahı olduqları halda da