Page 354 - Islamic Studies 03
P. 354

İslamda qadın və cəmiyyət/ (353


               Həyat  yoldaşının  məntiqli  sözləri  qarşısında  xəcalət  çəkən
               Züheyr İmamın (ə) yanına gələrək onunla görüşdü. Sonra isə
               Dİlhəmin  yanına        qayıdaraq  ,  Hüseynə  (ə)  qoşulduğunu  ,

               onunla  birgə  düşmənə  qarşı  mübarizə  aparacağını    söylədi.
               Lakin  o,    Dilhəmin  razı  olmayacağını  zənn  etdiyi  üçün
               qorxurdu. Dilhəm isə öz növbəsində dedi:

                      -“Züheyr  get  !  Allah  sənə  kömək  olsun.  Əgər  şəhid
               olsan  Allahın  iznilə  qiyamət  günü  Peyğəmbərin  (s.ə.a.s.)  və
               Hüseynin (ə) kənarında mənə şəfaət tələb edərsən.”
                      Belə  olduqda  Züheyr  İmamın  (ə)  yanına  qayıtdı  və

               Aşura günü igidlik nümayiş etdirdikdən sonra şəhid oldu.
                      Həbib  ibn  Məzahir  də        İmam  Hüseynin  (ə)  çağırış
               məktubunu alarkən xanımı ona dedi:

                      “Həbib , səni and verirəm Allaha ki , ağamız Hüseynə
               (ə) kömək etmək üçün səhlənkarlıq etmə.”
                      Həbib ibn Məzahir onu sınamaq üçün dedi:

                      “Mən necə Kərbəlaya gedim ki , qorxuram övladlarım
               yetim qala”
                      Amma Həbibin həyat yoldaşı cavabında dedi:

                      “Sən Allahın rəsulu Muhəmmədin (s.ə.a.s.) Hüseyn ibni
               Əli (ə) barəsində dediyi kəlamı eşitməmisənmi?”
                      Məzahir soruşdu:

               “Hansı kəlamı?”
               Xanımı buyurdu:
               “Peyğəmbər (s.ə.a.s.) buyurmuşdur: -“Həsən (ə) və Hüseyn (ə)

               Behişt cavanlarının sərvəridir.”
               İndi isə nə üçün Peyğəmbər övladının köməyinə tələsmirsən?
   349   350   351   352   353   354   355   356   357   358   359