Page 361 - Islamic Studies 03
P. 361
360) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Doğrudan da əgər qadınlar Kərbəlada olmasaydı , İmqm
Hüseyn (ə) və onun tərəfdarlarının çəkdiyi bütün zəhmətlər ,
Kərbəlada tökülmüş şəhid qanları hədər gedəcəkdi . Bununla
da tarix boyu şahidi olduğumuz möhtəşəm nəticəni əldə etmək
mümkün olmayacaqdı. Təbii ki , bu ağır məsuliyyətli vəzifə
Kərbəlada sağ qalmış İmam Səccadla yanaşı Əhli-beyt (ə)
xanımlarının öhdəsinə düşürdü. Deməli Kərbəla qiyamında
qadınların rolu olduqca mühüm sayılmalı və necə də əhmiyyət
daşıdığı diqqətdən kənarda qalmamalıdır. Bu qiyamla Əhli-
beyt (ə) xanımlarının rolu aşağıdakılardan ibarət olmuşdur.
Aşura qiyamının təbliği
Düşmənin əsir tutduğu qadınların iradəsini qirmaq üçün bütün
səylərini səfərbər etməsinə baxmayaraq , Əhli-beyt xanımları
izzət və iftixarla dolu şəhadətin acı məğlubiyyət deyil , şirin
bir qələbə , zəfər olduğunu sübut etdilər. Onlar öz xütbələri ,
çıxışları ilə xalqı Kərbəla inqilabının məqsəd və şüarları
haqqında maarifləndirərək , onun əhəmiyyəti barəsində gərəkli
təbliğat işləri apardılar. Həmçinin Əhli-beyt (ə) xanımları
müsəlmanlara atəşli xütbələri ilə müraciət edərək İmam
Hüseynə (ə) kömək etmədikləri üçün böyük günaha
batdıqlarını söyləyib onlara zülmün qarşısında haqqa yardımçı
olmadıqları üçün öz mənliklərini , şəxsiyyətlərinbi alçaltmış
olduqlarını anlatdılar.
Əsir halda Kufəyə gətirilən Əhli-beyt (ə) xanımları Həzrət
Hüseyni (ə) Kufəyə dəvət edib sonra isə öz əhdinə vəfasız