Page 355 - Islamic Studies 03
P. 355

354) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Ey Həbib , get və İmam Hüseyni (ə) görsən mənim əvəzimdə
               də onun əllərini , ayaqlarını öpərsən. Salamımı ona yetirərsən”



               Mənəvi dayaq oldular.


               Cəsur  müsəlman  xanımları  Kərbəlada  öz  ərlərini  döyüşə
               qoşulmağa həvəsləndirir , onlara mənəvi dayaq olurdular.
               Müslim ibn Ovsəcənin   Ümm Xələf   adlı xanımı ərinin şəhid

               olduğunu öz gözlərilə seyr etdikdən sonra oğlu Xələfi döyüş
               meydanına  göndərdi.  Amma  İmam  Hüseyn  (ə)  Xələfin
               anasının kimsəsiz qalmaması üçün dedi :

               “Ey cavan ! Atan igidliklə şəhid oldu. Əgər sən də şəhid olsan
               anan  Ümm  Xələf  köməksiz  qalar  və  bu  azğın  səhrada  kimə
               pənah aparar?”

               İmamın söylədiklərinə diqqətlə qulaq asan Xələf ibn Müslim
               azca  tərəddüd  edərək  geriyə  anasının  yanına  qayıtdı.  Lakin
               rəşadətli, cəsur qadın olan Ümm  oğlu Xələfə belə əmr etdi.
               “Oğlum  ,  döyüşə  getməsən  ,  Peyğəmbərin  (s.ə.a.s.)  övladı

               Hüseynə (ə) kömək etməsən , düşmənlərinə qarşı vuruşmasan
               həyatım boyu səndən razı olmayacağam.”
               Xələf  anasının  əmri  ilə  ruhlanaraq  döyüşə  qoşuldu  və  şəhid

               oldu. Əmr ibn Cünadənin anası Bəhriyyə xanım da əri Cünadə
               ibn  Kəəb  Ənsarinin  düşmən  tərəfindən  qətlə  yetirildiyini
               gördükdən sonra on bir yaşlı oğlunu vuruşmaq üçün göndərdi.

               İmam Hüseynin   (ə) gözləri Əmr ibn Cünadəyə sataşdıqda ona
               buyurdu:
   350   351   352   353   354   355   356   357   358   359   360